Arxiv
25 mart 2020, 19:25 | AKTUAL
Avtomobillərdən oğurluq edənlər məsuliyyətdən azad olunub? - Baş Prokurorluqdan AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlar yayılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəflərindən qəti şəkildə təkzib olunur.

 

"Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlayıblar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkar edilərək götürülüb.

Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilib.

Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə rəsmi məlumatda bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM kolleclərə qəbul olmaq istəyənlərə müraciət etdi 21 Sentyabr 2020, 14:50 Ağdaşdan olan hərbi vəzifəlilər təlimlərə yola düşdü - FOTO 21 Sentyabr 2020, 14:42 Abşeronda liftin 5 min manat dəyərində mühərriki oğurlandı 21 Sentyabr 2020, 14:36 Azərbaycan ordusunun əsgəri yaralandı - Prokurorluq cinayət işi açdı 21 Sentyabr 2020, 14:30 İlham Əliyevin xəbərdarlığı Yerevanı QORXUYA SALDI: “Dərhal görüşməyə hazırıq”                  21 Sentyabr 2020, 14:25 Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi”  keçirilir 21 Sentyabr 2020, 14:20 Şəhid hərbçimizin evinin qarşısında izdiham - FOTOLAR   21 Sentyabr 2020, 14:16 Komitə sədri: “1548 məsələ öz həllini tapıb” - FOTO 21 Sentyabr 2020, 14:11 Azyaşlı qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edildi 21 Sentyabr 2020, 14:07 Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq 21 Sentyabr 2020, 14:03 DİN-dən Vəfa Nağınının paylaşımına REAKSİYA 21 Sentyabr 2020, 14:00 Namiq Abdullayev millimizin baş məşqçisi təyin olundu 21 Sentyabr 2020, 13:56 Mətbuat Şurası jurnalistlərə çağırış etdi 21 Sentyabr 2020, 13:50 Hərbçilərin pensiya təyinatı avtomatlaşdırılır - RƏSMİ 21 Sentyabr 2020, 13:45 Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir? 21 Sentyabr 2020, 13:40 Avropa Birliyi Belarusla viza rejimi ləğv edə bilər 21 Sentyabr 2020, 13:36 Əsgər salamı ilə məşhurlaşan uşaq: “Atam məni hərbi məktəbə qoyacaq!” 21 Sentyabr 2020, 13:30 Azərbaycanda saxta peyğəmbər bibisini öldürdü - VİDEO 21 Sentyabr 2020, 13:24 Sabah yağış yağacaq, dolu düşəcək 21 Sentyabr 2020, 13:18 Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi” 21 Sentyabr 2020, 13:13 Ali məktəblərə qəbulun nəticələri bu tarixdə AÇIQLANACAQ 21 Sentyabr 2020, 13:10 “Ali təhsil haqqında” qanun layihəsi hazırlanır 21 Sentyabr 2020, 13:07 Belarusda daha 442 nəfər saxlanıldı 21 Sentyabr 2020, 13:05 Kolleclərə daxil olanların qeydiyyatı davam edir 21 Sentyabr 2020, 13:00 Deputat Qubanın 3 kəndinə su çəkdi - FOTO 21 Sentyabr 2020, 12:54 “Qapıya yazsınlar ki, “şortiklə girmək qadağandır!” - Şortik qalmaqalına REAKSİYA 21 Sentyabr 2020, 12:48 Şəhid olan hərbçimizin FOTOSU 21 Sentyabr 2020, 12:45 Qida zəhərlənmələrindən necə qorunmalı... 21 Sentyabr 2020, 12:40 Bakıda kişini elektrovoz vuraraq öldürdü 21 Sentyabr 2020, 12:37 Deputatlar səfərbərliyə hazırdımı... 21 Sentyabr 2020, 12:33 Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub” 21 Sentyabr 2020, 12:30 Qaxda 2 ton narkotik vasitə məhv EDİLDİ 21 Sentyabr 2020, 12:25 Xarici İşlər Nazirliyi şəhid hərbçimizlə bağlı məlumat YAYDI 21 Sentyabr 2020, 12:20 “Funda” tibb mərkəzində vergi müfətişləri ilə MÜBAHİSƏ 21 Sentyabr 2020, 12:15 Prezident Badamdar qəsəbəsi ilə bağlı sərəncam imzaladı 21 Sentyabr 2020, 12:10