28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
25 mart 2020, 19:25 | AKTUAL
Avtomobillərdən oğurluq edənlər məsuliyyətdən azad olunub? - Baş Prokurorluqdan AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair provokasiya xarakterli məlumatlar yayılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəflərindən qəti şəkildə təkzib olunur.

 

"Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlayıblar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkar edilərək götürülüb.

Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilib.

Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə rəsmi məlumatda bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35 Ərdoğanın Əliyevə zəngi: Soçi görüşünə hazırlıq 28 Sentyabr 2021, 08:31 Bu gün yağış yağacaq - Çaylarda sel olacaq 28 Sentyabr 2021, 08:23 Böyrək daşı xəstəliyinin müalicəsi 28 Sentyabr 2021, 08:11 Anım Günündə 58 mindən çox ağac əkildi 28 Sentyabr 2021, 07:56 Daha bir ölkə turistlər üçün sərhədlərini açır 28 Sentyabr 2021, 07:50 Azərbaycan bu məhsulların idxalına qadağa qoydu 28 Sentyabr 2021, 07:46 Yunanıstanda güclü zəlzələ - Ölən və yaralananlar var 28 Sentyabr 2021, 07:32 Bayden peyvəndin 3-cü dozasını vurdurdu 28 Sentyabr 2021, 00:58 44 gün davam edəcək “Xarıbülbül” satış-sərgisi keçirilir 28 Sentyabr 2021, 00:47 Makrona yumurta atan şəxs saxlanıldı 28 Sentyabr 2021, 00:35 Nazirlik Teymur Mirzəyevin vəfatı ilə bağlı nekroloq yaydı 28 Sentyabr 2021, 00:27 Nigeriyada silahlılar 34 nəfəri öldürdü 28 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzdu 27 Sentyabr 2021, 23:57 Anım Günü Polşa mətbuatında 27 Sentyabr 2021, 23:46 Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldı 27 Sentyabr 2021, 23:41 Türkiyə əhalisinin 70%-dən çoxu tam peyvəndlənib 27 Sentyabr 2021, 23:27 Selçuk Bayraktardan Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 23:14 Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı 27 Sentyabr 2021, 22:49 BMT Baş katibindən Azərbaycan və Ermənistanla bağlı BƏYANAT 27 Sentyabr 2021, 22:36 Mənzildə 89 yaşlı qadının meyiti tapıldı 27 Sentyabr 2021, 22:33 Aİ: Bölgəyə sülh və firavanlıq diləyirik 27 Sentyabr 2021, 22:10 Azad olunmuş rayonların hərbi hazırlıq müəllimləri bir araya gətirildi 27 Sentyabr 2021, 22:08 Atakule qülləsində Azərbaycan bayrağı - FOTO 27 Sentyabr 2021, 21:54 25 yaşlı media əməkdaşı ürəktutmasından vəfat etdi 27 Sentyabr 2021, 21:45 Daha bir ölkə "Bayraktar TB2" PUA-ları alıb 27 Sentyabr 2021, 21:45 AŞPA: Mina xəritələrinin Azərbaycana verilməsi vacibdir 27 Sentyabr 2021, 21:23 YAP-dan Anım Günü BƏYANATI   27 Sentyabr 2021, 21:21 Vətən müharibəsi şəhidlərinin xatirəsi Londonda anıldı - FOTOLAR 27 Sentyabr 2021, 21:06 Daha 44 qaziyə avtomobil verildi - FOTOLAR 27 Sentyabr 2021, 21:03
SORĞU Hansı vaksinə etibar edirsiniz?