Modern.az

Gəncədə yaşı 65-dən yuxarı tənhalara xidmət göstərilir

Gəncədə yaşı 65-dən yuxarı tənhalara xidmət göstərilir

26 Mart 2020, 14:18

Yeni Azərbaycan Partiyasının başlatdığı “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiya Gəncədə yüksək fəallıqla davam edir.

 

Modern.az-ın məlumatına görə, sosial izolyasiya tədbirlərinə dəstək verən YAP Gəncə şəhər təşkilatının fəal üzvləri, könüllüləri köməyə ehtiyacı olan, yaşı 65-dən yuxarı tənha insanların evlərinə baş çəkir, onlara koronavirusdan qorunmaq, sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırır, xəstəlikdən qorunma yolları ilə əlaqədar məlumatlar verirlər.

 

Gənclər həmçinin Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahında 24 saat fəaliyyət göstərən (022)2561504 nömrəli qaynar xəttlə əlaqə saxlayan yaşlı vətəndaşların evlərinə gedib, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərirlər.

 

Yaşlı insanlar bu nəcib təşəbbüsə görə gənclərə təşəkkür edib, əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi