Arxiv
26 mart 2020, 15:45 | HADİSƏ
Votsapda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olundu - VİDEO

Yalan məlumat yayan qadın məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, “Whatsapp” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

 

Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.

 

Həyata keçirilən müvafiq tədbirlərlə həmin qadının Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı Məmmədova olması müəyyən edilib və o, aidiyyəti üzrə Rayon Polis Şöbəsinə dəvət olunub.

 

Aparılmış araşdırmalarla E.Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətimkan tədbiri seçilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda general-leytenant vəfat edib 10 Avqust 2020, 12:04 Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ 10 Avqust 2020, 11:57 Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır 10 Avqust 2020, 11:52 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 11:49 Ceyhun Bayramov XİN rəhbəri kimi ilk səfərini bu ölkəyə edəcək 10 Avqust 2020, 11:46 Karantini pozan daha bir kafenin sahibi və müştərilər cərimələnib 10 Avqust 2020, 11:43 Bakıda polis əməkdaşı bıçaqlandı – cinayət işi açıldı 10 Avqust 2020, 11:23 Ermənistanda 1 gündə 23 nəfər virusa yoluxub 10 Avqust 2020, 11:15 DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı 10 Avqust 2020, 11:11 Xocalı aeroprotundan Livana təyyarə uçub? 10 Avqust 2020, 11:08 Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir 10 Avqust 2020, 11:00 Koronavirusa görə vaxtından əvvəl azadlığa buraxılan məhkumların SAYI 10 Avqust 2020, 10:52 Xəzərdə suyun səviyyəsi azalıb 10 Avqust 2020, 10:49 Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI 10 Avqust 2020, 10:47 Təhsil Nazirliyi imtahanlarla bağlı yeniliyi açıqladı 10 Avqust 2020, 10:34 Havanı çirkləndirən sexin sahibi 2500 manat cərimələndi 10 Avqust 2020, 10:30 Dəhşətli daşqınlar 60-dan çox can aldı 10 Avqust 2020, 10:22 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb 10 Avqust 2020, 10:18 2500 avtomobil postlardan GERİ QAYTARILIB 10 Avqust 2020, 09:53 Polis 3 tondan artıq narkotik vasitəni yandırdı 10 Avqust 2020, 09:48 Ermənistan ordusu Tovuz və Gədəbəyi atəşə tutdu 10 Avqust 2020, 09:45 Belarusda iğtişaşlarla bağlı cinayət işi açıldı 10 Avqust 2020, 09:41 Azərbaycan banklarında dollar bu qiymətə satılacaq - MƏZƏNNƏ 10 Avqust 2020, 09:34 FHN Kürdə batan şəxsin axtarışlarına başladı 10 Avqust 2020, 09:22 Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR 10 Avqust 2020, 09:14 Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb 10 Avqust 2020, 08:59 “Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin” deyənlər... 10 Avqust 2020, 08:47 Abayın “Qara söz”ü... 10 Avqust 2020, 08:42 “Aprel döyüşü”nün müzəffər əsgəri... Koronavirusla mübarizə aparır 10 Avqust 2020, 08:37 Yaddan çıxmış sənətkarlar: Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun faciəvi ÖLÜMÜ - FOTOLAR 10 Avqust 2020, 08:22 Belarusda etirazlar başladı - VİDEO 10 Avqust 2020, 00:56 Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi 10 Avqust 2020, 00:37 Bakıda gənc qaynı tərəfindən bıçaqlandı 10 Avqust 2020, 00:30 Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarlar 3 ay işləməyəcək 10 Avqust 2020, 00:19 Qeyri-ərzaq mallarının satışına icazə verilir 10 Avqust 2020, 00:13