Modern.az

“Koronavirusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək”

“Koronavirusla bağlı vəziyyət iki-üç aydan daha tez düzələcək”

26 Mart 2020, 17:46

Rusiya Prezidenti Vladimir Putin koronavirusla bağlı vəziyyətin ölkədə yaxşılığa doğru dəyişəcəyini söyləyib.

 

Modern.az xəbər verir ki, Rusiya dövlət başçısı bu barədə sahibkarlarla görüşündə bildirib.

 

O vurğulayıb ki, koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi xəstəliklə mübarizəni sürətləndirməyə imkan verir:

 

“Məcburi tədbirlər müvəqqətidir. Lakin bu tədbirə nə qədər sərt olsa, o qədər də effektli olacaq və bunun müddəti də qısalacaq”.

 

Rusiya Prezidenti koronavirusla bağı vəziyyətin iki-üç aydan daha tez düzələcəyinə ümid etdiyini söyləyib:

 

“Bir sıra ölkələrdə deyirlər ki, koronavirusla mübarizə çox çəkəcək. Lakin biz bu vəziyyətdən çıxacağıq” (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?