Modern.az

Makedoniya NATO-ya üzv oldu

Makedoniya NATO-ya üzv oldu

Dünya

28 Mart 2020, 00:41

Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Maykl Pompeo açıqlamasında bildirib.

 

Məlumata görə, Makedoniya  NATO-ya qoşulan 30-cu ölkə olub: "Şimali Makedoniyanın bayrağı martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında qaldırılacaq. 27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu