Modern.az

ABŞ-da koronavirusa yoluxanların sayı 100 mini ötdü - Yeni anti-rekord

ABŞ-da koronavirusa yoluxanların sayı 100 mini ötdü - Yeni anti-rekord

Dünya

28 Mart 2020, 05:28

ABŞ-da koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı 100 mini ötüb.

 

Modern.az worldometers.info-ya istinadla xəbər verir ki, bu saata olan son məlumata görə Birləşmiş Ştatlarda virusa yoluxanların ümumi sayı 104,126-a çatıb.

 

Təkcə bu gün ölkədə 18,691 şəxsdə aparılmış testlər pozitiv çıxıb ki, bu da bir gündə dünyada COVİD-19-a yoluxma sayına görə anti-rekorddur.

 

Həmçinin bu gün ölkədə 401 koronavirus xəstəsi vəfat edib.  

Bununla da ABŞ-da pandemiya qurbanlarının sayı 1,696-a çatıb.

 

Xatırladaq ki, ABŞ ötən gündən etibarən koronavirusa yoluxanların sayına görə İtaliya və Çini ötərək anti-rekorda imza atıb. 

 

T.İSMAYIL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır