Arxiv
28 mart 2020, 19:21 | HADİSƏ
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü 

Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

 

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

 

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

 

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

 

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

 

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

 

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir  icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15 “Azərişıq” həftə sonu gücləndirilmiş iş rejimində işləyəcək 5 İyun 2020, 12:12 Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Kadr hazırlığı Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyır - Zahid Oruc 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - SİYAHI 5 İyun 2020, 11:39 Novruz Aslanov seçiciləri qəbul edib - FOTO   5 İyun 2020, 11:37 “Sürət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri ordan assın” 5 İyun 2020, 11:34 Rusiyada azərbaycanlı körpə həkim səhlənkarlığının qurbanı oldu 5 İyun 2020, 11:32 Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib 5 İyun 2020, 11:28 Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI 5 İyun 2020, 11:23 Prezident yol tikintisinə 3,1 milyon ayırdı   5 İyun 2020, 11:18 Azərbaycan nefti yenidən ucuzlaşdı 5 İyun 2020, 11:13 “Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker 5 İyun 2020, 11:10 Azərbaycanın səbri tükənməz deyil - Bakıdan Yerevana CAVAB 5 İyun 2020, 11:06 Elektrik qatarlarının hərəkəti dayandırılır - RƏSMİ 5 İyun 2020, 11:02 Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ 5 İyun 2020, 11:02 Arvadını öldürmək istəyən şəxs təslim oldu 5 İyun 2020, 10:57 Bakıda narkotik satışı edən şəxs saxlanılıb 5 İyun 2020, 10:56 İran gəmisi batdı, 5 nəfər itkin düşdü 5 İyun 2020, 10:54 Azərbaycanda yoluxanların sayı niyə artır? – ÜST rəsmisindən CAVAB 5 İyun 2020, 10:48 Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 28 ev tikilir 5 İyun 2020, 10:42 Bill Geyts koronovirusa qarşı vaksinlərdə çiplərin olmayacağını deyib 5 İyun 2020, 10:36 Merkel: “Almaniya tarixində ən ağır iqtisadi böhranı yaşayırıq” 5 İyun 2020, 10:29 Pandemiya dövründə bəzi xəstəliklər azalıb - Həkim səbəbləri AÇIQLADI 5 İyun 2020, 10:28