Modern.az

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 nəfərə çatıb

Aktual

29 Mart 2020, 09:11

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib. 

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vahid məlumat mərkəzi Facebook səhifəsində məlumat yayıb:

 

"Yerevanın “Nork” yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ğlüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir”.

 

Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə görə, ölkədə 407 yoluxma hadisəsi aşkar edilib. Martın 25-dən 31-dək strateji obyektlər istisna olmaqla bütün müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü