Modern.az

Metroda sərnişinlərin sayı azalıb? - Metropolitendən AÇIQLAMA

Metroda sərnişinlərin sayı azalıb? - Metropolitendən AÇIQLAMA

Aktual

29 Mart 2020, 12:35

Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə bu gündən Azərbaycanda karantin rejimi gücləndirilib. Qərara əsasən, Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

Vətəndaşların bildirdiyinə görə səhər saatlarında metroda sıxlıq müşahidə edilib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bu gündən tətbiq edilən iş qrafikinə əsasən sərnişinlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

 

B.Məmmədov qeyd edib ki, istirahət günlərində xəttə 24 cüt qatar buraxılırdı:

 

“Yəni “28 May” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər, hər bir stansiyadan hər iki istiqamət üzrə bir saat ərzində 24 qatar keçirdi. Bu da 2,5 dəqiqə interval deməkdir. Bu qayda müəyyən edilən iş saatlarında da qorunub saxlanılıb”.

 

Qurum rəsmisinin sözlərinə görə, metropoliten gündəlik olaraq sərnişindaşıma funksiyasını yerinə yetirdiyindən, hər bir sahəyə müvafiq tədbilər görülüb:

 

“Nazirlər Kabineti yanında operativ qərargahın qərarları rəhbər tutulub və buna müvafiq olaraq da addımlar atılıb. 65 yaşdan yuxarı əməkdaşlarımıza işə gəlməmələri barədə bildirilib”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər