Modern.az

Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib

Aktual

29 Mart 2020, 20:47

"Türkiyədə koronavirus (COVİD-19) pandemiyası başlayandan etibarən Səfirlik dövlət siyasətinin bir hissəsi kimi Azərbaycan vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir".

Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, artıq iki həftədir ki, səfirlik gücləndirilmiş iş rejiminə keçib:

"Səfirliyimiz Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib. Həmçinin,  Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn vətəndaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunub".

Səfirlikdən bildirilib ki, neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılıb:


"Sərhəddə qalan 3 vətəndaşımızın Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanılıb. Bu gün həmin 3 vətəndaşımızın Türkiyə ərazisində 2 gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib. Bunun üçün biz Türkiyə hökumətinə, xüsusilə də TR Xarici İşlər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi