Modern.az

Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü

Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü

29 Mart 2020, 22:50

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı durmadan artır.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-a olan məlumata əsasən bu günə qədər 710,905 nəfərdə virus aşkarlanıb. Onıardan 33,552 nəfəri həyatını itirib, 150,734 nəfər isə sağalıb. Hazırda 499,916 xəstənin müalicəsi davam edir.

 

Təkcə bu gün 47,823 nəfərdə COVİD-19 aşkarlanıb, 2,696 nəfər isə vəfat edib.

 

Pandemiyadan ən çox əziyyət çəkən ölkələr isə ABŞ, İtaliya, Çin, İspaniya, Almaniya, Fransa, İran, Böyük Britaniya, İsveçrə, Niderland, Belçika, Cənubi Koreya və Türkiyədir.

 

Bu günə qədər virusdan ən çox ölüm İtaliyada qeydə alınıb  - 10,779. İspaniyada 6,606, Çində 3,300, İranda 2,640, Fransada 2,606, ABŞ-da 2,384, Böyük Britaniyada isə 1,228 nəfər həyatını itirib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi