Modern.az

Koronavirusla bağlı SON STATİSTİKA 

Koronavirusla bağlı SON STATİSTİKA 

Aktual

30 Mart 2020, 09:10

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı hər ötən gün daha da artır.

 

Modern.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09.00-a olan məlumata əsasən bu günə qədər 722,646 nəfərdə virus aşkarlanıb. Onıardan 33,983 nəfəri həyatını itirib, 151,793 nəfər isə sağalıb. Hazırda 536,870 xəstənin müalicəsi davam edir.

 

Ötən gün ən çox yoluxma faktı ABŞ (18,469), İspaniya 6,875, İtaliya (5,217), Almaniya (4,740), İran (2,901) və Böyük Britaniyada (2,433) qeydə alınıb.

 

Koronavirusdan ən çox ölüm isə İspaniya (821), İtaliya (756), Fransa (292) və ABŞ-da (264) olub.

 

Pandemiyadan ən çox əziyyət çəkən ölkələr isə ABŞ, İtaliya, Çin, İspaniya, Almaniya, Fransa, İran, Böyük Britaniya, İsveçrə, Niderland, Belçika, Cənubi Koreya və Türkiyədir.

 

Bu günə qədər virusdan ən çox ölüm İtaliyada qeydə alınıb  - 10,779. İspaniyada 6,803, Çində 3,300, İranda 2,640, Fransada 2,606, ABŞ-da 2,484, Böyük Britaniyada isə 1,228 nəfər həyatını itirib.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi