Modern.az

Prezidentdən 13400 nəfəri sevindirəcək SƏRƏNCAM

Prezidentdən 13400 nəfəri sevindirəcək SƏRƏNCAM

31 Mart 2020, 11:22

Prezident İlham Əliyev Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamla Xaçmaz rayonunun əhalisi 13400 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Xaçmaz rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 mart tarixli Sərəncamına Əlavə

 

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

     

Ağaverdioba kəndi

1

500

     

Armudpadar kəndi

1

1230

     

Çarxı kəndi

1

3700

     

Çaykənarı kəndi

1

1727

     

Çılğır kəndi

1

670

     

Gəncəli kəndi

1

573

     

Nərəcan kəndi

1

3500

     

Şıxhaput kəndi

1

550

     

Üryanoba kəndi

1

350

 

Yaquboba kəndi

1

600

Cəmi

10

13 400

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır