Modern.az

Qadınların çox danışmasının SƏBƏBİ

Qadınların çox danışmasının SƏBƏBİ

31 Mart 2020, 13:38

Qadın böyük qüvvədir, deyirlər. Bu böyük qüvvə bəzən o qədər danışır ki, gün ərzində kişilərlə müqayisədə daha çox söz işlədir. Hətta bu sahədə insanları cinslərə görə də ayırırlar. Yəni, kişiləri "azdanışan", qadınları isə "çoxdanışan" hesab edirlər. Bunun səbəbini bilməyənlər, əsasən də kişilər çox zaman bunu qadının günahı hesab etməklə onları "deyingən" də adlandırırlar.

 

Niyə qadınlar çox danışır?

 

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova Modern.az-a danışıb.

 

“Ümumiyyətlə qadınlar kişilərlə müqayisədə daha çox emosionaldırlar. Bunu alimlər nəzəri cəhətdən belə araşdırıblar ki, kişilərin ağılları hisslərindən çox, dərrakələrinə daha çox yaxındır. Məhz bu yaxınlıq onları emosional olmaqdan uzaqlaşdırır. Qadınlar hisslərə daha çox qapılırlar. Hər hansı bir  hadisə baş verərkən emosiyalarına sığınıb ya ağlayırlar, yaxud da danışmağa daha çox üstünlük verərlər. Sanki çox danışmaqla özlərində bir rahatlıq tapırlar. Bu fakt kişilərdə tam əskinədir, onlar nələrisə bölüşmək istəmədiyindən danışmamağı daha üstün sayırlar”.

 

 

Psixoloq qadınların çox danışmağının daha bir səbəbini də qeyd edib:

 

“Qadınların çox danışmağının bir səbəbi də onların daha çox empatiya qurmalarından  irəli gəlir. Empatiya da özünü başqasının yerinə qoymaq bacarığıdır. Özünü başqasının yerinə qoyan qadınlar sanki qarşısındakının halını yaşayır, mütamadi bu halları yaşayaraq ünsiyyətə qatılır, ona yardımçı olmaq istəyir. Kişilər isə gizli empatiya qururlar. Çünki onlara daha çox “kişisən”, “dözümlü ol” sözləri aşılanır deyə, bu səbəbdən içədönük olurlar. Belə deyək, qadınlar daha çox özlərinə həmsöhbət axtarırlar. Onlar ən adi bir söhbəti kişilərdən fərqli olaraq geniş aspektdə danışırlar. Yəni onlar xırdalığa daha çox gedirlər. Kişilər isə kobud və lakonik şəkildə reaksiya verirlər və onlar danışmamağın çarəsini içki və siqaretdə tapırlar. Məhz bu səbəbdən onlarda infarkt riski daha çox olur. Ancaq təssüf ki, qadınların çox danışmağını kişilər deyinmək kimi başa düşürlər. Kişilər bilməlidir ki, qadınlar çox danışmaqla rahatlıq tapırlar”.

 

Gülər Məmmədova bir məqamı da söyləyib ki, cinsi həvəsi çox olan, lakin bunun qarşılığını tam almayan qadınlarda danışmağa meyillilik daha çox olur:

 

“Əgər qadın çox danışırsa, bunun demək bir səbəbi var ki, çox danışır də. Ancaq boş-boş danışırsa, mütəmadi deyinirsə, bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Ola bilsin ki, onun sinir sistemində ciddi problemlər var”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?