Arxiv
31 mart 2020, 14:26 | MEDİA
“Burada da əvvəl virusu ciddiyə alan yox idi” - Norveçdə yaşayan azərbaycanlı jurnalistlə #evdəqal SÖHBƏTİ

Bütün dünyaya qorxu və təşviş saçan koronavirus epidemiyasından ölən və yoluxanların sayı sürətlə artmaqda davam edir. Xəstəliklə başı bəlada olan dünya ölkələri epidemiyanın qarşısını almaq üçün analoji addımlar atır.

 

Modern.az koronavirusla bağlı müxtəlif ölkələrdəki mənzərəni daha aydın çatdırmaq üçün xaricdə yaşayan həmvətənlərimizlə silsilə müsahibələri davam etdirir.

 

Bu dəfə koronavirusla bağlı suallarımızı Norveçin ictimai teleradiosunda (NRK Telemark) çalışan jurnalist İdrak Abbasov cavablayıb:

 

İdrak bəy, Norveçdə koronavirus pandemiyası ilə bağlı hazırki vəziyyət nə yerdədir?

 

Vəziyyət o qədər də ürəkaçan deyil. Bu saata qədər təxminən 87 min nəfər müayinə olunub, virusa yoluxanların sayı 4470 nəfər, ağır vəziyyətdə olanlar 96, ölənlər isə 32 nəfərdir. Ortalama, gün ərzində 250 nəfər viruslu qeydiyyata alınır. Amma virus ölkəyə cəmi dörd həftə bundan əvvəl gəlib və mütəxəsislərin fikrinə görə, yoluxanların sayı göstərilən rəqəmdən qat-qat çox ola bilər. Sadəcə, xəstəliyi əksər insanlar yüngül soyuqdəymə kimi keçirirlər və heç müayinə üçün də müraciət etmirlər. Xüsusi “Getto”lar hazırlanaraq hər kəsi ora zorla toplamırlar. Xaricdə olanlar əsasən dövlətin yardımı ilə vətənə qayıdırlar, onlar hava limanında qarşılanaraq evlərinə karantinə göndərilirlər. Karantində olanları isə dövlət, bələdiyyə və könüllülər zəruri ərzaq və xidmətlərlə təmin edirlər.

 

 

Pandemiyanın qarşısının alınması məqsədilə dövlətin gördüyü tədbirlər hansılardır?

 

Norveç də bir çox Avropa ölkələri kimi Covid-19-a qarşı mübarizəyə gec başladı. İndi dördüncü həftədir ki, “epidemiya vəziyyəti”nə keçmişik. Bununla bağlı xüsüsi qaydalar qəbul edilib. Ərzaq dükanları və apteklər istisna olmaqla bütün ticarət mərkəzləri, məktəb və bağçalar bağlıdır. Öz ailə üzvlərindən başqa, istənilən şəxslə aranda 1-2 metr məsafə saxlamalısan, dükanlarda da bunun üçün xüsusi “sərhəd”lər cızıblar. Bəzi bələdiyyələr giriş-çıxışa qadağa qoysalar da, ümumilikdə ölkə ərazisində hərəkətə məhtudiyyət qoyulmayıb. Pandemiya ilə bağlı yüz minlərlə insan işini itirib və sahibkarlıq sektoruna da ciddi zərbə dəyib. Amma hökumət çevik qərarlar qəbul edib və bütün işini itirənlər aldıqları əmək haqqının azı 60 faizi qədər dövlətdən aylıq ödəmə alacaqlar. Banklar kredit faizlərini endirib və kreditlərin ödənilməsi üçün xüsusi güzəştlərə keçib. Digər bütün işsizlərə isə adam kimi yaşamağa bəs edəcək qədər sosial yardım verilir, kirayələri və kommunal xidmətləri ödənilir. Dövlət sahibkarlığa dəstək üçün ilkin mərhələdə təxminən 10 milyard dollarlıq yardım ayırıb.

 

Azərbaycanda ölən və yolux-anların sayının artmasına baxmayaraq, vəziyyətin ciddiliyini anlamayıb, karantin qaydalarını pozanlar, tövsiyələrə əməl etməyənlər var. Orada əhalinin koronavirusa münasibəti necədir?

 

Əvvəl virusu ciddiyə alan yox idi və ya “virus bizdən çox uzaqdır” kimi düşünənlər var idi. Amma indi, demək olar ki, hamı qaydalara riayət edir. Küçələrdə nadir hallarda adamlarla rastlaşırsan. Yəni, burada da koronavirusla bağlı evdə qalmağı “tətil” kimi anlayanlar var deyə, küçələrdə dolaşır və ya dağa, meşəyə gəzintiyə çıxırlar. Ən ciddi məsələ isə odur ki, norveçlilərin əksəriyyətinin dağda, meşədə, adalarda, fjordlarda bağ evləri var və ilk günlər hamı bağ evlərinə axışdı. Bu bağ evləri də əsasən xırda bələdiyyələrin ərazilərdindədir və xəstəliyin belə bələdiyyələrin ərazilərindən “bağ evləri” turistləri tərəfindən gətirilmə riski artmışdı. Hökumət burada sərt qaydalar tətbiq etdi. İndi şəxslər yalnız yaşadıqları bələdiyyənin ərazisindəki bağ evlərinə gedə bilərlər. Amma təmiz havada gəzməyə qadağa yoxdur. Sadəcə deyilir ki, aranızda məsafə saxlayın, mümkün qədər də çölə çıxmayın. Burada maska və ya xüsusi respiratorlarla gəzənlər də yoxdur. Çünki burada xalq hökumətə inanır və hökumət də bunun heç bir faydasının olmadığını deyir. Hökumət elə ilk gündən bəyan edib ki, bu xəstəlik hamını tuta bilər. Sadəcə yuxarıdakı tədbirlər ona görə tətbiq edilib ki, xəstəlik hamını birdən tutmasın. Yəni, hamı birdən yoluxsa, bu halda xəstəxanaların risk qrupuna daxil şəxslərə yardım etmək imkanı olmayacaq və bu zaman kütləvi ölüm olacaq.

 

 

Koronavirusla mübarizə dövründə medianın yaydığı əsassız, sensassiya xarakterli xəbərlər psixoloji sarsıntını, stresi daha da artırır. Yaşadığınız ölkədə media koronavirusla bağlı iformasiyaları dolğun, heç bir şübhəyə əsas qoymayacaq şəkildə çatdırırmı?

 

- Burada media heç bir halda senssasiya dalınca qaçmır və xüsusilə jurnalistlər üçün Jurnalistlərin Peşə Əxlaqı Kodeksi müqəddəsdir. Kimsə o kodeksi pozsa, artıq jurnalist hesab olunmur. Amma şok yaradan koronavirusun Norveçdə də aşkarlanması və ilk ölüm hadisəsinin qeydə alınması oldu. Bu xəbərdən sonra cəmi bir neçə saata bütün dükan və marketlərı boşaltdılar. Amma indi bütün ərzaq dükanları dopdoludur. Burada bir çox vəzifəlilər və hətta səhiyyə naziri də koronavirusa tutulmuşdu. Amma onlar sağaldılar. İkincisi də medianın dolğun işləməsi üçün heç bir problem yoxdur. Gündəlik olaraq hökümət pandemiya ilə bağlı və ölkədəki durum, görülən tədbirlər barədə canlı yayımda media qarşısında hesabat verir. Bu canlı yayımlarda çox vaxt baş nazir də olur. Ara-sıra baş nazir şəxsi “Facebook” səhifəsindən canlı şəkildə yayımlar edib, sıravi vətəndaşların da suallarını birbaşa cavablandırır. Deyim ki, Norveçdə konstitusyon monarxiyadır və ölkənin baş nazir idarə edir.

 

 Yeni növ koronavirusun yüksək temperatura davam gətirməyib, məhv olacağı ilə bağlı müxtəlif fikirlər var. Skandinaviya ölkəsi olan Norveçdə əksər vaxt havanın soyuq keçməsi insanlarda bununla bağlı psixoloji gərginlik yaradırmı? 

 

- Qeyd etdiyim kimi, dövlət onsuz da hər kəsin bu virusa yoluxacağını gözə alıb və bunu deməyə də çəkinmir. Amma “isti havada virus ölür” də sadəcə bir çox kasıb, amma isti ölkələrdə insanları sakitləşdirməyə hesablanan dezinformasiyadır. O zaman virus niyə isti İranı məhv edir, Afrikanı, hətta 40 dərəcə istilik olan Hindistanı ağuşuna alıb? Odur ki, “bir ay sonra havalar qızacaq və virus bitəcək” nağılına inanmayın, özünüzü qoruyun. Mən Norveç mütəxəsislərinə inanıram və onların dediklərini də qəbul edirəm. 

 

 

Norveçin ictimai teleradiosunda çalışırsınız. Hazırda iş rejiminiz necədir?

- Televiziya görüntülərlə iş deməkdir və gündəlik olaraq həmkarılarımız ölkənin hər yerində işləyirlər. Sözsüz ki, müsahiblər və çəkiliş obyekti ilə ara məsafəsi saxlayırıq, mikrafona sellofan torba keçiririk, antibakteriya və spirtdən tez-tez istifadə edirik. İctimai nəqliyyatdan, demək olar ki, istifadə etmirik. Əksəriyyət tək firma və ya fərdi avtomobillərində gəzməklə işləyir. Məsələn, keçən şənbə bizim bölgədə buzlu bir şəlaləni qalxan alpinistlər qar uçqunu altında qalmışdılar. Bu səbəbdən iki gün idi ki, mən o ərazidə işləyirdim. Yaşadığım yerdən təxminən 150 kilometr aralı yüksək dağlıq ərazisidir. Bundan başqa, evdə və ya elə avtobilimizdən işləmək imkanımız var. Hər bir texniki vasitə və ən müasir komputerlərimiz , yüksək sürətli internetimiz, canlı yayım vasitələrimiz var deyə, bizim üçün istənilən yerdən işləmək imkanı mövcuddur. Bu səbəbdən də hazırda ənənəvi “news-room” şəraitində hamımız redaksiyaya yığışıb işləmirik. Redaktorlar, əksər texniki xarakterli işləri görənlər evdən işləyir, biz reportyorlar isə çöldəyik.

 

 Özünüzü və ailənizi infeksiyaya yoluxmaqdan necə qoruyursunuz?

Ailə-uşaq evdədir və hərənin öz otağı var. Norveç qanunları da bunu tələb edir. Uşaqlar və xanım da təhsil alır deyə, əsasən hərə öz otağında virtual dərsdə olur. Yəni, məktəblər də ən müasir avadanlıqlarla təmin olunub və bütün tələbə və şagirdlərə də müasir dizüstü komputerlər verilib deyə, virtual dərs, demək olar ki, adi dərs kimi keçir. Uşaqlar canlı yayımla dərsdə olurlar. Mən də əsasən çəkilişlər üçün gedirəm və çəkilişə getmədiyim günlər evdən işləyirəm. Amma çəkilişdən dönəndən sonra qarajda belə üst-başımı dəyişirəm. Onsuz da çəkilişə gedəndə teleşirkətin formasını geyinirik. Çəkmələri belə evə salmıram. Evə girən kimi yaxşı yuyunuram və bir müddət öz otağımda tək oluram. Ümidvaram ki, virus bizdən yan keçər. Amma bunun üçün bütün norma və qaydalara da riayət edirik.

 

 

#Evdəqalanlara vaxtlarını səmərəli keçirmələri üçün məsləhətiniz?

 

- Şəxsi “Facebook” səhifəmdə də yazmışdım ki, #Evdəqal yaxşı kampaniyadır, amma insanların yeməyi və içməyi də olmalıdır. Məni günəmuzd işləyənlər, Azərbaycanda yaradılan “Getto”lar düşündürür, insanların şəxsi avtomobillərində belə hərəkətinə qoyulan qadağalar narahat edir. Bildiyimiz kimi, Bakıda yüz minlərlə rayon qeydiyyatında ola-ola yaşayanlar var. Şəxsən özüm də çoxlu adam tanıyıram ki, bu “Getto” qaydalarına görə ailə üzvləri bir-birindən ayrı düşüb. Məncə, hökumət bu məsələlər haqqında düşünsə, pis olmaz.

Evdəqalanlara isə buradakı evdə qalanlardan nümünə gətirə bilərəm. Burada evdə qalanların əksəriyyəti evdən işləyir, işi olmayanlar evlərini yığışdırır, rəngləyir, təmir edirlər. Bağ-bağçalarına başları qatışıb. Bundan əlavə, kitab da oxuyurlar.

 


 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 18:31 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38 “Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47 İlham Əliyev aviasiya işçilərini təltif etdi - SİYAHI 2 İyun 2020, 16:42 Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM 2 İyun 2020, 16:40 “Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz” 2 İyun 2020, 16:38 Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir YENİLİK 2 İyun 2020, 16:37 Rusiya G7 üzvlüyünə qaytarılacaq? - CAVAB 2 İyun 2020, 16:33 Deputatdan banklarla bağlı TƏNQİD 2 İyun 2020, 16:28