Modern.az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən pulun məbləği 100 milyon manatı keçib

31 Mart 2020, 14:38

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

 

Modern.az-ın məlumatına görə, bu günə kimi fonda 102 741 569 AZN, 132 966 USD, 26 468 EUR, 500 GBP vəsait köçürülüb.

 

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

 

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır