Modern.az

Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir - İlham Əliyev

Azərbaycanda virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir - İlham Əliyev

Aktual

31 Mart 2020, 17:12

"Müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, ölkə əhalisinin sayına görə virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir:

 

"Ancaq bu əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə işlər görülüb və görüləcək. Bu gündən etibarən gücləndirilmiş qaydalar, əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə icrası nəzərdə tutulur".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir