Modern.az

İqtisadiyyat Nazirliyi koronavirusla mübarizə üçün 1,2 milyon manat ayırdı

İqtisadiyyat Nazirliyi koronavirusla mübarizə üçün 1,2 milyon manat ayırdı

Aktual

31 Mart 2020, 19:00

İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVID-19) qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb.

 

Bu barədə Modern.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əməkhaqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.

 

Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, AZPROMO və s. qurumları qoşulublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu