Arxiv
1 Aprel 2020, 12:54 | AKTUAL
Pandemiya qadınların yükünü artırıb – BMT

COVİD-19 infeksiyasının yayılması qlobal pandemiyaların fəsadlarının gender prizmasından təsirinin araşdırılmasını zəruri edir. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, gender təhlilinin mövcudluğu pandemiyalara hazırlığın və cavab tədbirlərinin effektivliyinin artırılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.


Hazırkı koronavirus pandemiyasının gedişatı kişilərin və qadınların qlobal miqyasda cərəyan edən infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda qadınların daha həssas şərtlər altında olduğunu üzə çıxarmış oldu:


 - Pandemiyalar zamanı qadınların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olma, qadının öz ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.), bu da qadınların sosial təcrid şəraitində onsuz da məhdud olan iqtisadi və maliyyə resurslarına çıxışını daha da məhdudlaşdırır;


- Pandemiyalar da daxil olmaqla istənilən böhran vəziyyətində gender-əsaslı zorakılıq halları çoxalır və bundan bir qayda olaraq qadınlar əziyyət çəkir. Sosial təcrid şəraitində yaşayan qadınlar zorakı partnyorun daha uzunmüddətli zorakılığına məruz qala bilir;


- Bütün digər böhran vəziyyətlərində olduğu kimi, pandemiyalar zamanı da cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin olunması yüksək diqqət tələb edən mühüm çağırışlardan birinə çevrilir ki, bundan da ən çox qadınlar və qızlar əziyyət çəkir. Pandemiya ilə mübarizə çərçivəsində təchizat zəncirində meydana çıxan pozulmalar böhranın ağır nəticələrinə məruz qalan bölgələrdə yaşayan qadınların sağlamlığı üçün zəruri olan ailə planlaşdırılması və cinsi və reproduktiv sağlamlıq vasitələrinin çatdırılmasında fasilələrə səbəb ola bilir.


- Hətta pandemiya kimi böhranların olmadığı adi zamanlarda belə qayğı göstərilməsini tələb edən işlərdə əsas etibarilə qadınlar çalışır. BMT-nin Əhali Fondunun məlumatına görə, hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni qadınlar təşkil edir, bu da əsasən cəmiyyətlərdə bərqərar olmuş sosial normalardan və qadınlara yüklənmiş gender rollarından irəli gələn amildir;


- Əksər digər hallarda olduğu kimi, qadınların COVID-19 kimi pandemiyalara qarşı mübarizə tədbirlərinin təşkilinə dair qlobal səviyyədə qərarvermədə iştirakı və bu prosesə cəlb olunması kişilərə nisbətən olduqca aşağı səviyyədədir.


Qlobal qərarvermə prosesində böhran vəziyyətlərində hər bir şəxs üçün yardımın bərabər şəkildə təmin edilməsi məqsədilə həm kişilərin, həm də qadınların üzləşdikləri bütün ssenari və təcrübələr nəzərə alınmalıdır. Hazırkı COVID-19 pandemiyası şəraitində kişi və qadınların virusa necə yoluxmasını, eləcə də xəstəliyin iqtisadi fəsadlarını, sosial qayğı və səhiyyə xidmətlərinin bölgüsünü və gender-əsaslı zorakılığın miqyasını tam anlamaq üçün genderə görə təsnifləndirilmiş statistik məlumatların mövcudluğu böyük əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, COVİD-19 pandemiyası ilə ön cəbhədə mübarizə aparan qadınların ağır və misilsiz əməyinə verilən qiymətin daha bir təzahürü olardı.


Bununla yanaşı, COVID-19 böhranı şəraitində gender-əsaslı zorakılığa qarşı əlaqələndirilmiş (multisektoral) cavab tədbirlərinin və müvafiq yönləndirmə mexanizmlərinin mövcud reallığa uyğun şəkildə təkmilləşdirilməsi və icmaların bu barədə məlumatlandırılması da zəruri məsələlərdəndir. Beləliklə, gender-əsaslı zorakılığa məruz qalmış və ya bu risklə üzləşən qadın və qızların hüquqlarının böhran vəziyyətində də dayanıqlı şəkildə müdafiəsini təmin etmək mümkün olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda yeni QADAĞALAR 3 İyun 2020, 19:32 3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək 3 İyun 2020, 19:27 Fəvvarələr meydanındakı görüntülər bizdə təəssüf doğurur - Ramin Bayramlı 3 İyun 2020, 19:20 Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ 3 İyun 2020, 19:17 Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA 3 İyun 2020, 19:11 Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR 3 İyun 2020, 19:04 Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına İRAD BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00 Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verildi 3 İyun 2020, 17:55 İlham Əliyev “ASAN xidmət” mərkəzinin AÇILIŞINDA 3 İyun 2020, 17:50 DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA 3 İyun 2020, 17:44 İlham Əliyev taxıl biçininə başlanması mərasimində iştirak etdi 3 İyun 2020, 17:44 Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var 3 İyun 2020, 17:42 26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı 3 İyun 2020, 17:39 Prezident Ağcabədiyə gedib 3 İyun 2020, 17:36 Sabahın teledərs CƏDVƏLİ 3 İyun 2020, 17:33 Ermənistanda “Kalaşnikov” avtomatları istehsal olunacaq 3 İyun 2020, 17:26 Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ 3 İyun 2020, 17:20 Yer kürəsinin ən təmiz ərazisi açıqlandı 3 İyun 2020, 17:16 Ramiz Mehdiyev yeni təyinat etdi 3 İyun 2020, 17:10 Maşını yolun ortasında saxlayıb getdi - FOTO 3 İyun 2020, 17:04 ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü 3 İyun 2020, 16:58 Bu ölkədə 20 jurnalist koronavirusdan öldü 3 İyun 2020, 16:57