Arxiv
1 Aprel 2020, 16:24 | TƏHSİL
Təhsil Nazirliyindən vətəndaşlara MÜRACİƏT

"Sosial şəbəkələr bir tərəfdən doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır".

 

Modern.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.  

 

O qeyd edib ki, təhsillə bağlı xəbərlər adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir:

 

"Çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var. Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin rəsmi saytından “skrinşotlar” və s. yayılıb. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulayıb". 

 

Nazirlik rəsmisi əlavə edib ki, bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb: 

 

"Bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur:

 

1. İnternetə çıxışın olması;

2. Vicdanın olmaması.

 

Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

 

Bu həmrəyliyin bir təzahürü olaraq hər birinizdən xahiş edirəm ki, mənbəyi bəlli olmayan məlumatları (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən bir-birinizə ötürməyin. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Feysbuka, Votsaplara, Teleqramlara, İnstaqramlara və daha hansı qramlarda kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin alətinə çevrilirsiniz və bu prosesdə özünüz bilmədən fəal iştirak edirsiniz.

 

Məlumatın doğru olub-olmamasını dərhal yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkədəki səhifələrinə istinad edin. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslara yerləşdirilir. Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağdakı ağır qəzada "BMW" yandı 5 İyun 2020, 01:02 Bakıda ad günü mərasimində karantin qaydaları pozuldu - VİDEO   5 İyun 2020, 00:54 Lotu Qulinin düşməni sabah azadlığa çıxır 5 İyun 2020, 00:46 Fransada 29 mindən artıq insan COVİD-19-un qurbanı oldu 5 İyun 2020, 00:36 İtaliya Kubokunda final matçının vaxtı açıqlandı 5 İyun 2020, 00:24 Emin Ağalarov koronaya yoluxub - Özü təsdiqlədi 5 İyun 2020, 00:06 Bakıda gənc özünü hərəkətdə olan avtomobildən yola atdı 4 İyun 2020, 23:48 Bakıda ər arvadını bıçaqlayıb 4 İyun 2020, 23:37 Azərbaycanla Serbiya münasibətləri müzakirə olundu 4 İyun 2020, 23:19 Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən işləyəcək 4 İyun 2020, 23:07 Müxalifət kütləvi etirazlara hazırlaşır 4 İyun 2020, 22:53 Bakıda tələbə qız intihar etdi 4 İyun 2020, 22:38 Türkiyədə son sutkada 21 nəfər koronavirusdan öldü 4 İyun 2020, 22:22 Ölkədə aparılan islahatlar yüksək qiymətləndirilir 4 İyun 2020, 22:08 “Ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur” - Prezident 4 İyun 2020, 21:45 Azərbaycanda rekord sayda COVID-19 testi aparıldı - FOTO 4 İyun 2020, 21:34 “Bugünkü könüllülər sabahın rəhbərləridir” - İlham Əliyev 4 İyun 2020, 21:24 “4 iyun Surət Hüseynov qiyamı”, yoxsa... - VİDEO 4 İyun 2020, 21:12 Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişdi 4 İyun 2020, 20:59 “Elektron məhkəmə sisteminin tətbiqi vətəndaşlar üçün əlavə imkanlar yaradacaq” - Deputat 4 İyun 2020, 20:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 4 İyun 2020, 20:35 “Hər bir vətəndaş həftə sonları üçün verilən qərara məsuliyyətlə yanaşmalıdır” - Deputat 4 İyun 2020, 20:27 Sumqayıtda 29 yaşlı qadın itkin düşüb - FOTO 4 İyun 2020, 20:17 Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ 4 İyun 2020, 20:01 Həftə sonu dəfndə iştirak etmək üçün qaydalar açıqlandı - RƏSMİ 4 İyun 2020, 19:59 Kann festivalının seçimi üçün saxılanılan filmlərin siyahısı açıqlanıb 4 İyun 2020, 19:47 Prezident Türkiyə vətəndaşını “Dostluq” ordeni ilə təltif etdi 4 İyun 2020, 19:36 DSX Keşikçidağdakı təxribatla bağlı məlumat YAYDI 4 İyun 2020, 19:23 Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO 4 İyun 2020, 19:16 Sərnişinlərin nəzərinə - Metro 2 gün işləməyəcək 4 İyun 2020, 19:09 Dövlət Miqrasiya Agentliyinin səlahiyyətləri məhdudlaşdırıldı 4 İyun 2020, 19:02 Bakı Nəqliyyat Agentliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA 4 İyun 2020, 18:58 Azercell “Telegram Bot” xidmətini təqdim edib 4 İyun 2020, 18:47 Bakıya “baqaj”da keçmək istəyən sərnişin və sürücü həbs edildi - FOTO 4 İyun 2020, 18:36 TƏBİB-dən tibb müəssisələrinə: Xəstələr bir gün əvvəldən qəbul edilsin 4 İyun 2020, 18:28