Modern.az

Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu

Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu

1 Aprel 2020, 21:38

Türkiyədə son bir sutkada daha 2 148 nəfər koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib.

Nazir bildirib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb:

"Son sutkada koronavirusdan ölənlərin sayı isə 63 nəfər artaraq 277 nəfərə çatıb. Hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır. Həmçinin, indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb. Ən çox yoluxma 8 852 nəfər olmaqla İstanbulda qeydə alınıb. Ölkənin bütün şəhərlərində koronavirusa yoluxma qeydə alınıb. Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib. Hazırda reanimasiyada olanların 75 faizi yaşı 60 və daha çox olan insanlardır. Reanimasiyada olanların 63 faizində təzyiq xəstəliyi var".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir