Modern.az

UEFA klublara əlavə vaxt verir

UEFA klublara əlavə vaxt verir

1 Aprel 2020, 22:15

UEFA klubların lisenziyalaşdırma prosesinin müddətini uzadacaq.

Modern.az  xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat  yayıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, prosesin bitmə tarixi  avrokuboklarda yerlərin bölünməsi qaydası təsdiqlənənə qədər artırılacaq: “İcraiyyə Komitəsi növbəti dəfə klubların lisenziyalaşdırma prinsiplərinə və maliyyə feyr-pleyinə sadiqliyini qeyd edib. Amma razılaşıb ki, indiki istisna şərtlər milli assosiasiyalar və onların fəaliyyətinə kömək üçün xüsusi tədbirlərin həyata keçirilməsini tələb edir. Yaşanan fövqəladə hadisələr səbəbindən artan qeyri-müəyyənliyə görə İcraiyyə Komitəsi klubların hazırlıq və gələcək maliyyə göstəricilərinin qiymətləndirilməsi ilə bağlı olan lisenziyalaşdırma xətti üzrə əsasnamənin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. Bu qərar istisna olaraq komandaların UEFA-nın 2020/21 mövsümündə klub turnirində iştiraka şamil olunur”.

Qeyd edək ki, avrokubokların keçirilməsi martın 13-dən dayandırılıb. Çempionlar Liqası və Avropa Liqasında 1/8 final başa çatdırılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?