Modern.az

Almaniya da Çini geridə qoydu

Almaniya da Çini geridə qoydu

Dünya

2 Aprel 2020, 23:50

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı daha da artıb.

 

Modern.az xəbər verir ki, bu gün ölkədə 6,619 şəxsdə virus aşkarlanıb. Bununla da Almaniyada infeksiyaya yoluxanların sayı 84,600-ə çatıb.

 

Qeyd edək ki, Almaniya bu göstərici ilə koronavirusun vüsət aldığı Çini (81,589) geridə qoyub.

 

Bundan öncə, İtaliya, ABŞ və İspaniya yoluxma sayına görə Çini ötmüşdü. Hazırda pandemiyanın daha çox yayıldığı ölkələr ABŞ, İtaliya, İspaniya, Almaniya, Çin, Fransa, İran, Böyük Britaniya, İsveçrə və Türkiyədir. 

 

T.İSMAYIL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi