Modern.az

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Hadisə

3 Aprel 2020, 12:05

Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir:

 

“Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.

 

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?