Arxiv
3 Aprel 2020, 15:34 | İQTİSADİYYAT
290 min fərdi sahibkar dövlət dəstəyi alacaq

 

"Covid-19 pandemiyasının dünya üzrə qurbanlarının sayı 50 min nəfəri keçib. Virusa yoluxanların ümumi sayı isə 1 milyonluq həddi aşıb. Real situasiya onu göstərir ki, dünyanın demək olar bütün ölkələrindən sakinlər bu pandemiyanın qurbanı olublar. Təəssüf ki, bu bəla Azərbaycandan da yan keçməyib və bizdə də virusa həm yoluxanlar var, həm də həyatlarını dəyişənlər".

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

 

O bildirib ki, hər bir xəstəliyin yaranma, artma, maksimal həddinə çatma və səngimə mərhələləri var:

 

"Şübhə yoxdur ki, koronavirus pandemiyası da tezliklə aradan qalxacaq, dünya səhiyyəsi və tibb elmi bu virusu neytrallaşdıra biləcək müalicə  variantlarını kəşf edəcək. Ancaq pandemiyanın törətdiyi iqtisadi fəsadlar, ümumdünya maliyyə böhranının təsirlərini tezliklə aradan qaldırmaq mümkün olmayacaq. Xüsusilə də, iqtisadi imkanları məhdud olan dövlətlər üçün. 

 

Hazırda dünyanın iqtisadi mənzərəsi heç də ürəkaçan deyil. Dünyanın ən qabaqcıl və rifah halı yüksək olan dövlətlərinin cəmləşdiyi Avropadakı mürəkkəb situasiya bunun əyani sübutudur. Bu fonda Azərbaycanın bir tərəfdən virusla mübarizə, digər tərəfdən isə onun törətdiyi fəsadları neytrallaşdırma cəhdləri həqiqətən də ciddi siyasi iradə və iqtisadi qüdrət tələb edir. Azərbaycan nəinki real vaxtda bəşəri böhrandan qaynaqlanan sıxıntıların təsir səviyyəsini azaltmağa çalışır, eyni zamanda, postpandemiya dövrü üçün hazırlıq işlərinə start verib. Fikrimcə, dünyada barmaqla sayılacaq dövlətlər var ki, ümumdünya pandemiyası dövründə sabah hansı addımları atacağının hesablarını bugündən görməyə başlayıb". 

 

Deputat qeyd edib ki, bütün bunları etmək üçün dövlətin yetərli maliyyə “yastığı” olmalıdır:

 

"İqtisadiyyat real vəziyyətə əsaslanmalı, milli valyutanın alıcılıq qabiliyyəti qorunmalı, dövlətin proseslərə müdaxilə edib vətəndaşlarını və özəl sektoru himayəsinə almaq üçün imkanları olmalıdır. Hazırda Azərbaycanda hökumətin həyata keçirdiyi tədbrilər göstərir ki, dövlət bu vəzifələrin öhdəsindən gəlmək əzmində və iqtidarındadır. Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanı pandemiyadan törənən iqtisadi çətinliklərin təsir dairəsinin daralması istiqamətində atılan ilk addım saymaq olar. Bu fərmanla dövlət başçısı virusun törətdiyi maddi çətinliklərin aradan qaldırlması üçün 1 milyard manat vəsait ayırdı. Burada bir məqama diqqətimizi yönəltməyimiz lazımdır: Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-u martın 11-də pandemiya elan edir. Cəmi bir həftə sonra isə Azərbaycan pandemiya nəticəsində yaranmış iqtisadi xarakterli əngəllərin minimallaşdırılması istiqamətində addım atır. Təsəvvür etmək o qədər də çətin deyil: pandemiya bir-bir dünya dövlətlərini ağuşuna alır, hökumətlər üçün iqtisadi sıxıntılar belə demək mümkündürsə, arxa plana keçir və bu fonda virusla mübarizə üçün tibbi infrastrukturunu tam hazır vəziyyətə gətirən Azərbaycan özünün iqtisadi “yaraları”nı sağaltmaq məqsədilə gerçək addımlar atmağa başlayır. 

 

Hökumətin sərgilədiyi iqtisadi siyasətdən belə görünür ki, Azərbaycan pandemiyadan sonrakı dövr üçün operativ və aydın məqsədli tədbirlər planına malikdir. Hazırlanan geniş dəstək proqramına əsasən, dövlət böhrandan çıxmaq üçün 4 sektor və 20 istiqamət üzrə 9 proqram hazırlayıb. 9 proqram daha 2,5 milyard manatlıq yardımı nəzərdə tutur. Müxtəlif səpkili “Yol xəritəsi” olan bu proqramların başlıca məqsədi dövlətin özəl sferaya – milli biznes və sahibkarlıq subyektlərinə, deməli, həm də bu sektorda çalışan vətəndaşlarımıza yardım göstərməkdir. Biz bilirik ki, dövlət sferasında çalışan vətəndaşlarımız aprelin 29-dək əmək haqqlarının ödənilməsi şərtilə məzuniyyətə çıxarılıblar. Onların sayı 915 min nəfərdir". 

 

Elnur Allahverənov hamını narahat edən özəl sektorda çalışan soydaşlarımızın aqibəti barədə də danışıb:

 

"Ölkədə əmək müaviləsi əsasında işləyən vətəndaşlarımızın sayı 1 milyon 555 min nəfərdir. Bunun 640 mini özəl və qeyri-neft sektorunun payına düşür. Turizm, əyləncə, ticarət, ictimai iaşə sahəsinin işçiləri həmin o 640 min nəfərdir. Restoranda ofisiant işləyib ailəsinə gündəlik qazanc aparan qardaşımız necə dolanacaq? Turizmdə, oteldə təmizlikçi kimi çalışan bacımızın aqibəti barədə nə deyə bilərik? Hökumətin hazırladığı 9 proqram bax belə suallar üçün konkret cavabdır. 

 

Proqramlardan birinə əsasən, qeyri-dövlət sektorunda ixtisaslaşmış 44 min sahibkar dövlətdən yardım alacaq. Bu 44 min subyektdə çalışan vətəndaşlarımızın sayı 304 min nəfərdir. Bu kontingent 640 minin 45%-ni təşkil edir. Sözügedən 20 istiqamətdən 11-i məhz özəl və qeyri-neft sektorunda cəmləşib. Bu istiqamətlərə dövlət 100%-lik dəstək paketi nəzərdə tutub. Başqa bir proqrama görə isə, təqribən 290 min fərdi və ya mikro sahibkar da dövlətin himayəsini hiss edəcək. Fərdi sahibkarın iqtisadi imkanları bu xarakterli böhranlar üçün çox həssasdır. Bu səbəbdən dövlət mikro sahibkarlıqla bağlı xüsusi plana malikdir. Məsələn, fərdi sahibkar 2019-cu ildə ödədiyi vergilərə müvafiq birbaşa maddi dəstək görəcək. Yaxud biznes üçün alınmış kreditlərin 10%-nin ödənilməsini dövlət öz üzərinə götürəcək. Yetər ki, sahibkar fəaliyyətində şəffaf, işçiləri ilə rəsmi əmək müqaviləsinə malik olsun. 

 

Hökumətin hazırladığı paketdə postpandemiya dövrü üçün geniş spektrli tədbirlər planı əks olunub. Biznesin təşviq, əlverişli ipoteka kreditlərinin təklif edilməsi və özəl sektora hərtərəfli dəstək. Dövlət vətəndaşını darda qoymayacaq. Yetər ki, bu virus pandemiyasından minimal can itkisi ilə çıxaq. Bəla qarşısında həmrəy olaq, bütün sıxıntılarımız aradan qalxacaq. Arxamızda dövlət var!"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00 Azərbaycan nefti 43 dolları ÖTDÜ 6 İyun 2020, 13:57 ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq   6 İyun 2020, 13:50 Sabahın hava PROQNOZU 6 İyun 2020, 13:45 Bakı sakinlərinə XƏBƏRDARLIQ 6 İyun 2020, 13:37 Müstəqil Azərbaycanda elan edilmiş ilk fövqəladə vəziyyət, komendant saatı: 90-cı ildən üzü bəri... - Yaxın TARİX 6 İyun 2020, 13:29 Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi 6 İyun 2020, 13:22 Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır 6 İyun 2020, 13:13