Arxiv
3 Aprel 2020, 15:58 | AKTUAL
Nizami Hacıyev və Naqif Həmzəyev xüsusi karantin rejimilə bağlı maarifləndirmə işləri aparıblar - VİDEO  

 

Gəncədə koronavirus pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.

 

Modern.az xəbər verir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Milli Məclisin deputatı Naqif Həmzəyev və hüquq - mühafizə orqanlarının əməkdaşları xüsusi karantin rejiminin tədbiqi ilə əlaqədar olaraq Gəncənin Mahrasa bağı yaşayış massivində, M.C.Paşayev və Təbriz küçələrində olublar. Onlar bu ərazilərdə fəaliyyət göstərən ərzaq mağazalarındakı vəziyyətlə tanış olub, sahibkarlarla görüşüblər. 

 

Maarifləndirmə xarakteri daşıyan görüşlər zamanı sahibkarlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl olunmasının vacibliyi vurğulanıb, qablaşdırılmayan məhsullarla bağlı sahibkarlara bir sıra tövsiyələr verilib. 

 

Ərazidə fəaliyyət göstərən əczaxanalara baş çəkən rəsmilər tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanıblar. Onlara tibbi spirt və əlcəklərin daim satışda olduğu, lakin tibbi maskalara tələbatın yüksək olması səbəbindən tez bir zamanda alındığı bildirilib. 

 

Naqif Həmzəyev və Nizami Hacıyev xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlərlə də maarifləndirici söhbətlər aparıblar. Onlara özlərinin və ətrafdakıların sağlamlıqları üçün zəruri, yaxud təxirəsalınmaz hal olmadıqca çölə çıxmamaları tövsiyə olunub.

 

Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə “Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın hava PROQNOZU 2 İyun 2020, 12:40 Əlilliyi olan şəxslərin hüquqlarını pozanlar cərimələnəcək 2 İyun 2020, 12:35 Qarabağda daha 3 erməni koronavirusa yoluxub 2 İyun 2020, 12:30 Deputat uşaq evlərini tənqid etdi 2 İyun 2020, 12:26 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 2 İyun 2020, 12:25 Baş nazir sərəncam İMZALADI 2 İyun 2020, 12:24 Parlament sosial yardımın 1 illik təyin olunmasını TƏSDİQLƏDİ 2 İyun 2020, 12:23 Milli Məclis maskalarla bağlı cəriməni TƏSDİQLƏDİ 2 İyun 2020, 12:20 Ali məktəblərə ərizə verən abituriyentlərin sayı AÇIQLANDI   2 İyun 2020, 12:16 “Şəhid ailələri və qazilərimiz təhqir olunur” - Vitse-spiker 2 İyun 2020, 12:11 “3 il öncə qanun qəbul etmişik, lakin işləmir” - Cavanşir Paşazadə 2 İyun 2020, 12:08 Rusiyada ilk dəfə virusdan sağalanlar yoluxanları ÜSTƏLƏYİB 2 İyun 2020, 12:05 Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı 2 İyun 2020, 12:04 Deputat: “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir” 2 İyun 2020, 12:00 Fermerlər süni mayalanma ilə doğulmuş buzova görə pul alacaqlar 2 İyun 2020, 11:55 Milli Məclisin iclası canlı yayımlansın - Qüdrət Həsənquliyev 2 İyun 2020, 11:50 Prezident Sumqayıtla bağlı sərəncam İMZALADI 2 İyun 2020, 11:45 “Qondarma rejimi təbrik edən deputatın köməkçisi ermənidir” 2 İyun 2020, 11:40 İyun ayında 190 manat veriləcək? - Nazirlikdən rəsmi CAVAB 2 İyun 2020, 11:38 Deputatdan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə İTTİHAM 2 İyun 2020, 11:34 Azərbaycanda ağır vəziyyətdə olan koronavirus xəstələri - VİDEO 2 İyun 2020, 11:33 Qənirə Paşayevadan Baş Nazirə ÇAĞIRIŞ 2 İyun 2020, 11:30 Bakıda karantini pozan kafe sahibi cəzalandırıldı 2 İyun 2020, 11:26 “Torpaqların böyük əksəriyyəti Bakıda olan məmurlara məxsusdur” - Deputat 2 İyun 2020, 11:21 Məktəblərdə hərbi hazırlıq dərsləri bərpa edilsin - Deputat məsələ qaldırdı 2 İyun 2020, 11:18 Ermənistanda koronavirus ŞOKU1 gündə 517 yoluxma, 19 ölüm 2 İyun 2020, 11:17 Bakı Şəhər üzrə Təhsil İdarəsi vətəndaş qəbulunu dayandırdı 2 İyun 2020, 11:07 Milli Məclis toplaşdı 2 İyun 2020, 11:01 Azərbaycan XİN İtaliyanı təbrik etdi 2 İyun 2020, 10:58 İcra başçısı bacanağına yüksək vəzifə verdi - FOTO 2 İyun 2020, 10:52 Brazliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi 2 İyun 2020, 10:49 Azərbaycan nefti bahalaşdı 2 İyun 2020, 10:42 Supermarketlərdən spirtli içkilər oğurlayan keçmiş məhkum YAXALANDI 2 İyun 2020, 10:38 Astarada çətənə əkən şəxs saxlanıldı 2 İyun 2020, 10:34 İnternet klubda karantin qaydalarını pozan 25 nəfər cərimələndi 2 İyun 2020, 10:30