Modern.az

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

4 Aprel 2020, 14:41

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır