Arxiv
4 Aprel 2020, 18:10 | MEDİA
KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE

Xəbər verdiymiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub. 

 

Prezidentin daha bir sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub.

 

Modern.az Əhməd İsmayılovun dosyesini təqdim edir:

 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.

 

O, bundan əvvəl Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

 

Əhməd İsmayılov 1980-ci ildə anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2016-cı ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisaslaşması”  ixtisası üzrə magistr dərəcəsi alıb.

2002-ci ildə Bakı Neft Energetika Kollecində müəllim, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin Hüquq şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri,
2011-2018-ci illərdə Aparat rəhbəri vəzifəsində çalışıb.

20 iyun 2018 – ci il tarixdən Dövlət Dəniz Agentliyinin direktor müavini vəzifəsində çalışıb.

2009-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri olub.

 

Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

 

O, 2019-cu ildən etibarən Heydər Əliyev Fondu “Regional İnkişaf” İctimai Birliyində ekspert vəzifəsində çalışır.

Ailəlidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47 İlham Əliyev aviasiya işçilərini təltif etdi - SİYAHI 2 İyun 2020, 16:42 Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM 2 İyun 2020, 16:40 “Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz” 2 İyun 2020, 16:38 Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir YENİLİK 2 İyun 2020, 16:37 Rusiya G7 üzvlüyünə qaytarılacaq? - CAVAB 2 İyun 2020, 16:33 Deputatdan banklarla bağlı TƏNQİD 2 İyun 2020, 16:28 “Neft gəlirlərimiz 5 milyard dollardan bir az artıq olacaq” - Deputatdan PROQNOZ 2 İyun 2020, 16:25 İş adamı Sumqayıta 1 milyon maska göndərdi - FOTO 2 İyun 2020, 16:20 Azərbaycanda bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü  2 İyun 2020, 16:14 “Neft Azərbaycan iqtisadiyyatında problem deyil” - Komitə sədri 2 İyun 2020, 16:08 Kamran Əliyev daha bir prokuroru işdən ÇIXARDI 2 İyun 2020, 16:02 Tutulan məmurların pulları dövlət büdcəsinə qaytarılsın - Deputat 2 İyun 2020, 16:00 Xomeyninin vəfatından 31 il keçir 2 İyun 2020, 15:59 Naftalan şəhərində ölkəmizdə və regionda ilk “Little Free Library” kitabxanası açıldı - FOTO 2 İyun 2020, 15:55 Qətər Əmiri İlham Əliyevi təbrik etdi 2 İyun 2020, 15:50 Yaşı 60-ı ötənlər həftənin cüt günləri işə gedəcək! - QƏRAR 2 İyun 2020, 15:44 Ermənistanın eks-baş naziri: “Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim” 2 İyun 2020, 15:39 Məktəb direktoruna cinayət işi AÇILDI 2 İyun 2020, 15:37 Anasını və bacısını güllələyən şəxs könüllü polisə  GƏLDİ 2 İyun 2020, 15:35 Gömrük Komitəsi 30 milyon manatı büdcəyə ödəyib 2 İyun 2020, 15:25 Koronavirusa qəsdən yoluxdurmanın üsulu TAPILDI 2 İyun 2020, 15:19 Ədliyyə Nazirliyi 5 ayda 48 min doğumu qeydə alıb 2 İyun 2020, 15:13 Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı 2 İyun 2020, 15:08 Koronavirusa yoluxan qadının əri həkimə və polisə yaba ilə hücum etdi 2 İyun 2020, 15:04 “Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil” - Samir Şərifov AÇIQLADI 2 İyun 2020, 14:58 Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI 2 İyun 2020, 14:52 Jalə Əliyeva parlamentdə seçicilərin müraciətlərini səsləndirib 2 İyun 2020, 14:46 Maliyyə naziri: Azərbaycanın builki büdcəsinin problemi yoxdur 2 İyun 2020, 14:43