Arxiv
5 Aprel 2020, 10:56 | İQTİSADİYYAT
Post-pandemiya dövründə yeni iqtisadi artım modeli necə tətbiq ediləcək?

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Baş nazir sərəncam imzalayıb.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Modern.az-a daxil olan məlumata görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Tədbirlər Planı üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir:

 

“İqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min muzdlu işçinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 215 milyon manat vəsait ayrılıb. Orta hesabla bir muzdlu iş yerinin qorunması üçün 717 manat xərclənəcək.  Pandemiyadan zərər çəkən 300 min fərdi (mikro) sahibkara da 80 milyon manat dəstək nəzərdə tutulur. Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştlərinin və tətillərinin ümümi məbləği 115 milyon manat təşkil edir. Buraya əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi, mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi, sosial sığorta yükünün azaldılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi və s. daxildir.

 

500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq. Aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i  subsidiyalaşdırılacaq. Güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat  artırılacaq.

 

Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq.

 

Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi nəzərdə tutulur.

 

Post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq.

 

Post-korona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanimzinin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Bu Korporasiya strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin işlənməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcək.

 

Həyati vacib sərnişindaşıma sahəsinə 280 milyon manat maliyyə dəstəyi veriləcək.

 

Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır.

 

50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək və işsiz kimi qeydiyyata alınan 200 min nəfərə iki ay ərzində 190 manat birdəfəlik ödəmə veriləcək. Özünüməşğulluq proqramı 11 min nəfəri əhatə edəcək və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinə 20 min nəfər düşəcək. Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon manat nəzərdə tutulub.

 

Sonuncu istiqamət makroiqtisadi və maliyyə sabitliyi adlanır. İri maliyyə tutumu olan tədbirlər planını həyata keçirmək üçün yeni makroiqtisadi çərçivə hazırlanmalıdır. Fiskal siyasətdə ediləcək dəyişikliklərə uyğun olaraq monetar siyasətin qarşısında yeni vəzifələr dayanır. Mərkəzi Bank zərər çəkən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə banklara requlyativ tətil verəcək. Ölkənin maliyyə-bank sektorunda sabitliyin qorunması təmin ediləcək.

 

Bütövlükdə, Tədbirlər Planının qarşısında əsas vəzifə əhalini və sahibkarları pandemiyanın mənfi təsirlərindən qorumaq, iqtisadiyyatın funksionallığını saxlamaq və post-pandemiya dövründə yeni iqtisadi artım modelini tətbiq etməkdir. Tədbirlər Planı çərçivəsində Prezident Sərəncamı ilə ayrılan 2,5 milyard manat vəsaitdən əlavə 343,6 milyon manat da digər mənbələrdən təmin olunacaq. Digər mənbələrə İşsizlikdən Sığorta Fondu və Dövlət Sosial Müdafiə Fondunu aid etmək olar. Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır. Bundan başqa postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaqdı.”  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edildi 6 İyun 2020, 18:38 Ölkədə koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ 6 İyun 2020, 18:33 Qazax sakini evində ölü tapıldı 6 İyun 2020, 18:29 Karantin rejimini pozan 900 nəfər cərimələndi - DYP 6 İyun 2020, 18:25 "Nikol Paşinyan da dindirilməlidir" - Vanetsyan 6 İyun 2020, 18:24 Kürdəmirdə 20 yaşlı gənc göldə batıb 6 İyun 2020, 18:15 Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü 6 İyun 2020, 18:06 Azərbaycanda koronavirus ANTİREKORDU - 379 yeni yoluxma, 2 ölüm 6 İyun 2020, 17:56 "COVİD-19"un vətənində SON DURUM 6 İyun 2020, 17:48 Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI 6 İyun 2020, 17:40 Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18