Modern.az

Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü

Bu ölkədə də virusa yoluxanların sayı 100 mini ötdü

6 Aprel 2020, 01:28

Daha bir Avropa ölkəsində koronavirus (COVİD-19) pandemiyasına yoluxanların sayı 100 mini ötüb.

 

Modern.az xəbər verir ki, bu saata olan son məlumata görə, ötən sutka Almaniyada 3,932 şəxsdə virus aşkarlanıb ki, bununla da ölkədə yoluxanların sayı 100,024-ə yüksəlib. Onlardan 1,576 nəfəri həyatını itirib, 28,700-ü isə sağalıb.

 

Qeyd edək ki, dünyada pandemiyanın daha çox yayıldığı ölkələr sırasında ilk yerdə ABŞ (333,173), sonrakı yerlərdə isə İspaniya (130,854), İtaliya (128,948) və Almaniya qərarlaşıb. Avropanın daha bir ölkəsi Fransada isə 92,839 yoluxma qeydə alınıb. 

 

Hazırda dünyanın 208 ölkəsində koronavirus aşkarlanan insanların sayı 1,266,771, ölənlərin sayı 69,177, sağalanların sayı isə 261,126 nəfərdir.

 

T.İSMAYIL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır