Arxiv
6 Aprel 2020, 16:33 | AKTUAL
Azərbaycan 600 min işçini dövlət hesabına maliyyələşdirəcək - İlham Əliyev

"Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq".

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında çıxış edərkən bildirib.

 

"Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

 

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!", - deyə Prezident İlham Əliyev bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şənbə-bazar evdən yalnız bu icazə ilə çıxmaq mümkün olacaq 4 İyun 2020, 14:39 Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi 4 İyun 2020, 14:37 DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54 Lukaşenko yeni Baş Nazir təyin etdi 4 İyun 2020, 13:48 Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət edəcək 4 İyun 2020, 13:42 Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK 4 İyun 2020, 13:36 Bu il 11-ci sinfi 80646 şagird bitirir 4 İyun 2020, 13:30 Sabah hava necə olacaq? - PROQNOZ 4 İyun 2020, 13:20 Dünyanın bu ərazisi də koronavirusdan QURTULDU 4 İyun 2020, 13:14 Azərbaycanlı eks-deputatın şirkəti Moskvada 21 milyon dollara bina aldı 4 İyun 2020, 13:10 Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ 4 İyun 2020, 13:05 Dərmanından zəhərlənən qadın xəstəxanada öldü 4 İyun 2020, 13:00 Deputat seçicilərindən xahiş etdi - həftə sonu evdə qalın 4 İyun 2020, 12:56 DİM qabiliyyət imtahanlarına qeydiyyat elan etdi 4 İyun 2020, 12:50 Polis suda boğulan azyaşlını xilas etdi 4 İyun 2020, 12:46 Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə müraciət etdi 4 İyun 2020, 12:42 Parlament partiyaları: “Siyasi fəaliyyətdən imtina edib Qarabağ probleminə köklənmək olmaz” 4 İyun 2020, 12:36 Avropa çempionatı Parisdən alındı Bakıya verildi 4 İyun 2020, 12:30 Qazaxıstan və Macarıstan ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzv qəbul edilib 4 İyun 2020, 12:25 Kapital Bank Sberbank ilə əməkdaşlığını davam etdirir 4 İyun 2020, 12:20 Daşkəsəndə qardaş bacısını öldürdü 4 İyun 2020, 12:14 Türkiyədə 6 nəfər azərbaycanlı koronavirusdan öldü - RƏSMİ 4 İyun 2020, 12:08 Rusiyada koronavirusa yoluxanların sayı daha da artdı 4 İyun 2020, 12:02 Bu il 100 min hektaradək ərazidə təkrar qarğıdalı əkini aparılacaq 4 İyun 2020, 11:57 Tibb müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ 4 İyun 2020, 11:55 Şamaxıda bir kəndin adı dəyişdirilir 4 İyun 2020, 11:52 Generallar Ermənistanla sərhədə getdilər - FOTO 4 İyun 2020, 11:48