Modern.az

Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB

Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB

6 Aprel 2020, 21:27

Neftçalada balıq tutan ata və 5 yaşlı oğlunun kollektorda boğulmasının səbəbi məlum olub.



Modern.az APA-ya istinadən xəbər verir ki, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.

 

***

 

Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?