Arxiv
7 Aprel 2020, 17:00 | AKTUAL
Deputat: “Karantin tədbirləri bir neçə sahənin xüsusi inkişafını zəruri etdi”

“Koronavirus epidemiyasının geniş yayılması bir çox təhlilçilər tərəfindən postepidemiya dövründə dünyanın necə olacağı, iqtisadiyyatın necə inkişaf edəcəyilə bağlı müxtəlif proqozlar irəli sürmək zərurəti yaradıb”.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yeni şəraitin yaratdığı şərtlər və postpandemiya dövründə həyata keçirilməsi vacib olan tədbirlərdən danışarkən bildirib.

T.Mirkişilinin sözlərinə görə, hər kəs bir məsələdə yekdildir ki, postkoronavirus dünyası indiki dünyadan fərqli olacaq:

“Həm iqtisadiyyatda, həm xidmət sektorunda, həm də münasibətlərdə tamamailə yeni formanın meydana gələcəyilə bağlı fikirlər mövcuddur. Ümumiyyətlə, dünya tarixi göstərir ki, hər zaman epidemiyaların yayılması sonradan dünyanın dəyişməsinə, sürətli inkişafına və texnoloji inkişafına səbəb olur. Bu, 100 il əvvəl də belə olub, sonra da belə olacaq. Bu baxımdan koronavirusdan sonra dünyada tamamilə yeni mərhələnin başlanmasının şahidi olacağıq”.

 

Parlamentari qeyd edib ki, əsasən karantin tədbirləri xüsusilə bir neçə sahənin inkişafının zəruriliyini ortaya çıxarıb:

“Bunlardan birincisi, məsafədən işləməyi bacarmaqdır. Yəni insanlar evdə qalmaqla işlərini texnologiyalar vasitəsilə həyata keçirmək imkanına sahib olurlar. Elektron hökumət, innovasiyalar, elektron idarəetmə, xüsusən də proqram təminatı və kompüterdən istifadə etmək məsafədən işləmək zərurətini ortaya çıxarıb. Bu vərdişlərə sahib olmaq əslində göstərdi ki, insanlar evdə qalmaqla ikili hislərdən qorunmağı bacarmalıdırlar. Növbəti mərhələdə həm xidmətlər sektorunda, həm də istehsal sahəsində daha çox innovasiyalar tətbiq etmək, daha çox elektronlaşma, texnologiyalardan istifadə etmək önə çıxacaq. Bu həm sürətli iqtisadi qərarların qəbul edilməsinə imkan yaradacaq, həm məhsuldalığı artıracaq, həm də düşünürəm ki, insanların uzaqdan idarəetmə vərdişlərini xeyli artıracaq. Bütövlükdə bu, iqtisadiyyatda yeni istiqamət sayılacaq.

İkinci istiqamət təhsil və səhiyyə sahəsində təmasdan qaçaraq, uzaqdan xidmət göstərmək kimi mühüm zərurəti ortaya qoyacaq. Distant təhsillə bağlı çoxsayalı fikirlər vardı. İndiyədək distant təhsil ikinci təhsil kimi istifadə edilirdisə, artıq texnologiyalar daha çox zərurət yaradacaq və inkişaf edəcək ki, distant təhsil, məsafədən xidmət etmək kimi mühüm zərurəti yaradacaq.
Üçüncü istiqamət kimi zəruri qida məhsulu istehsal edən sahələrin inkişafını zəruri edəcək. Xüsusilə kənd təsərrüfatında yeni texnologiyalar tətbiq etməklə müxtəlif sahələr inkişaf etdirilməlidir. İqtisadiyyatı sənaye sektoru, emal sənayesi olmadan təsəvvür etmək qeyri-mümkündür. Bütün iqtisadi münasibətlərin fonunda idarəetmədə yeni vərdişlərin tətbiqi çox mühüm olacaq ki, bu da insanların texnoloji biliklərə yiyiələnməsi və bunu tətbiq etmələri baxımından mühüm zərurətə çeviriləcəkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü 6 İyun 2020, 18:06 Azərbaycanda koronavirus ANTİREKORDU - 379 yeni yoluxma, 2 ölüm 6 İyun 2020, 17:56 "COVİD-19"un vətənində SON DURUM 6 İyun 2020, 17:48 Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI 6 İyun 2020, 17:40 Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00 Azərbaycan nefti 43 dolları ÖTDÜ 6 İyun 2020, 13:57 ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq   6 İyun 2020, 13:50 Sabahın hava PROQNOZU 6 İyun 2020, 13:45