Modern.az

Deputatlar regionlardakı son vəziyyətdən DANIŞDILAR

Deputatlar regionlardakı son vəziyyətdən DANIŞDILAR

8 Aprel 2020, 17:30

Hazırda dünyada olduğu kimi, ölkəmizdə də əsas müzakirə mövzusu COVİD-19 pandemiyasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanın bir çox rayonlarında koronavirusa yoluxma halı müəyyən olunub.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatları da vəziyyəti təsdiq ediblər.

 

Deputatlar seçildikləri dairələrlə mütəmadi əlaqə saxladıqlarını, vəziyyətlə maraqlandıqlarını qeyd ediblər.

 

51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov bildirib ki, rayonda Operativ Qərargahın tələblərinin icrası yüksək səviyyədə təşkil olunub və bütün qadağalara əməl edilir:

 

 

“İnsanların təması minimuma endirilib, hər kəs karantin rejiminə əməl edir. Deputatlar olaraq, biz öz dairələrimizdə sosial vəziyyəti aşağı olan ailələri araşdırırıq. İnsanlara maliyyə imkanlarımız daxilində yardımlar göstərilməsi üçün addımlar atırıq. Ölkəmizdəki, o cümlədən seçildiyimi dairələrdəki vəziyyət bizi də narahat edir. Ümid edirik ki, tezliklə pandemiya aradan qalxacaq, ölkəmizdə, o cümlədən dünyada vəziyyət normala dönsün.

 

Qusar rayonun kəndlərində insanların əhval-ruhiyyəsi də qaydasındadır. İnsanlar mediadan, televiziyadan pandemiya haqqında məlumat alır, durumun ciddi olduğunu anlayırlar. Ona görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət edilməsinə çalışırlar. Mənim seçildiyim dairə kəndlər olduğundan insanlar təsərrüfat işlərinin davam etdirilməsi üçün müvafiq arayışların alınması həyata keçirilib”.

 

 

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyev isə Gəncə şəhərində yaşadığından prosesi yaxından izlədiyini bildirib:

 

“İnsanlar Opertiv Qərargahın müəyyən etdiyi qadağalara əməl edirlər. #Evdeqal kampaniyasına riayət olunur. İnsanlar nəhayət ki, tam olaraq problemin ciddiliyini anlayırlar. Buna baxmayaraq, Gəncə şəhərində proses mərkəzdən idarə olunur. Gəncə Şəhər İcra Hakimiyyəti yanında qrup yaradılıb. Karantin rejimində sosial problemlər yaşayan insanlar bizə müraciət edirlər. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin regional şöbələri, o cümlədən İcra Hakimiyyətinin özü, digər könüllü qrupları, Yeni Azərbaycan Partiyası və s. təşkilatlar sosial xidmətlər göstərirlər. Köməyə ehtiyacı olan ailələrə, evlərə dəstək oluruq. Bütün bunlara baxmayaraq, qaydaları pozan, icazəsiz küçəyə çıxan insanlar da var. Belə məqamda polis əməkdaşları vəzifələrini icra edərək vətəndaşlara xəbərdarlıq edirlər”.

 

 

60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı Fəzail Ağamalı isə həmin regionda vəziyyətin stabil olduğunu deyib:

 

“Son günlərdə yoluxma halı qeydə alınmayıb. Mütəmadi əlaqə saxlayıram, o cümlədən koronavirusa yoluxan şəxslərin səhhəti ilə də maraqlanıram. Ölüm halı qeydə alınmayıb. Ümid edirik ki, bu virusa yoluxan şəxslərin hər biri sağalıb, normal həyata davam edəcəklər.

 

Hər iki rayonun daxilində dezinfeksiya işləri həyata keçirilir. İnsanlar gəzmirlər, #evdeqal  tövsiyəsinə riayət edirlər. Artıq hər kəs vəziyyətin ciddiliyinin fərqindədir.

 

Sosial qayğıya ehtiyacı olanlar bizə müraciət edirlər. Onlar üçün də tədbirlər həyata keçirilir. Mən özüm köməkçimə tapşırmışam, ehtiyacı olan 70 ailə qeyd olunub və onlara ən qısa zamanda ərzaq səbəti ilə kömək ediləcək. Bundan əlavə, Ana Vətən Partiyasının rayon təşkilatları da insanlara kömək üçün müxtəlif təşəbbüslər həyata keçirirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi