Modern.az

Qadın və kişilərimizin karantindən sonrakı YENİ STİLLƏRİ

Qadın və kişilərimizin karantindən sonrakı YENİ STİLLƏRİ

9 Aprel 2020, 15:28

Koronavirus pandemiyası ilə əlaqədar olaraq bəzi müəssiələr kimi, ölkədə gözəllik salonları, bərbərxanalar fəaliyyət göstərmir. Belə olan halda da həm bəylərimiz, həm də xanımlarımız baxım işindən bir qədər kənara düşmüş olur. Heç təsadüfi deyil ki, bu gün şəhərə çıxan insanları müşahidə edəndə kişilərin saçlarını əvvəlkindən fərqli olaraq daha uzun görürük. Hətta saqqal saxlamağı bir o qədər də sevməyən ortayaşlı və yaşlı nəsil də indi saqqal saxlayır.

 

Maraqlıdır, karantin müddəti başa çatdıqdan sonra bu hal yeni stillərin meydana gəlməsinə səbəb ola bilərmi? Bu müddətdə qadınlarımız daha baxımlıdır, ya kişilərimiz?

 

Məsələ ilə bağlı Modern.az-a danışan stilist Elyanə Məmmədova deyir ki, hazırda xanımlarımız kişilərdən daha baxımlıdır:

 

“Müşahidə edirəm ki, qadınlarımızın çoxu bu dövrdə baxım işlərindən uzaq düşməyiblər. Çünki xanımlar ev şəraitində belə, özləri makyaj edir, saçlarını rəngləyə bilirlər. Şəxsən mənə də sosial şəbəkə vasitəsilə müraciət edib deyirlər ki, canlı yayım açım və onlara izah edim ki, ev şəraitində saçı necə boyamaq olar. Yəni qadınlar ev şəraitində belə, baxımlı olmağa çalışırlar”.

 

Stilist kişilərdə yeni stillərin yaranacağını düşünmür:

 

“Qadınlara nisbətdə bəylərimiz özünəbaxım məsələsində bir qədər zəifdir. Çünki onlar saçlarını ev şəraitində kəsə bilmir bunun da nəticəsində saç-saqqalları uzanır. Amma onlayn olaraq evə stilist çağırıb özünə baxım edən bəylərimiz də az deyil. O ki, qaldı karantin müddəti bitəndən sonra kişilərdə yeni stillərin meydana gəlməsinə, mən hələ ki, düşünmürəm bu baş verə. Çünki bəylərimiz bu dəqiqə böyük maraqla bərbərxanaların açılmasını istəyir ki, üzlərini örtən saqqaldan və uzun saçlarından qurtulsunlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır