Arxiv
9 Aprel 2020, 20:12 | AKTUAL
Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR

Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının karantin dövründə əhaliyə pulsuz çörək paylamaq adı altında öz piarını qurması geniş müzakirəyə səbəb olub. Bununla bağlı müzakirəyə çıxarılan videoda həmin partiyanın nümayəndəsi yaşlı adamların qarşısını kəsir, üç çörəyi vermək üçün onları xeyli gözlədir.

Partiya rəhbərliyi isə bunu qəbul etmir.

“Ana Vətən Partiyasının Bərdə rayon təşkilat sədrinin sosial təminatı aşağı olan ailələrə, yaşlı insanlara çörək yardımı etməsini sosial şəbəkələrdə gülüş hədəfinə çeviriblər. Belə bir vəziyyətdə, bunu ancaq səviyyəsiz, yaxşılıqdan anlamayan insanlar bacara bilər”.

Bu fikirləri də Modern.az-a sosial şəbəkələrdə yayılan həmin video haqqında danışarkən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

 

O qeyd edib ki, həmin videonu kəsib, gülüş hədəfinə çevirmək üçün məqsədli şəkildə sosial şəbəkələrdə paylaşıblar:

“Xüsusi karantin rejimi elan olunandan partiyanın rayon təşkilatları insanların evdə qalmasını təmin edəcək bu və ya digər aksiyalara hazırlaşırlar. Bir neçə gün bundan öncə Bərdə rayon təşkilatının sədri aksiyaya başladı. Rayon yerində insanların toyuq-cücəsi, tədarükü  müəyyən qədər olur. Əsasən rayon camaatı gündəlik çörək almaq üçün evindən çıxır. Ona görə Bərdə rayon təşkilatı hər evdə, hər ailə üzvünə 1 çörək olmaqla, 100 imkansız ailəyə, yaşlı insanlara yardım etməyi qərara alıb. Aksiyanı aprel ayının 20-nə qədər davam etdirəcəklər. Bu aksiyaya qoşulmaq istəyənlərin də sayı artıb.
Biz həmin aksiyadan görüntüləri sosial şəbəkələrə reklam üçün deyil, digərlərinə nümunə, təbliğat rolu oynasın deyə yerləşdiririk. Yəni imkanlı şəxslər, rayonlarda yaşayanlar – hər kəs bu cür aksiyalardan nümunə götürüb, bir-birinə kömək etsinlər. Özümüz haqqında müsbət fikir yaratmaq niyyətimiz yoxdur. Buna qalsa idi, indiyə qədər mən özüm, o cümlədən partiya üzvləri yüzlərlə yardımlar həyata keçirmişik. Hansı birini paylaşmışıq?! Hesab edirəm ki, insanlar belə məqamda hansısa təşəbbüsə tənə etmək əvəzinə buna qoşulmağı seçsələr daha faydalı olar”.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40 Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ 29 May 2020, 18:36 Gələn həftə Britaniyadan Azərbaycana çarter reysi təşkil olunacaq 29 May 2020, 18:32