Modern.az

\"Fonda 16 deputatın vəsait ödəməsi barədə məlumat həqiqəti əks etdirmir\" - Akif Təvəkküloğlu

\

13 Aprel 2020, 22:09

"Koronavirusla Mübarizəyə Dəstək Fonduna 16 deputatın vəsait ödəməsi barədə yayılan informasiya həqiqəti əks etdirmir. Bu tamamilə yalan məlumatdır". Bu fikirləri Modern.az-a açıqlamasinda Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Milli Məclis üzvləri barəsində yayılan məlumata münasibət bildirərkən deyib.

Akif Təvəkküloğlu qeyd edib ki, bütün Milli Məclis üzvləri Fonda pul köçürüb:

 

"Milli Məclisin bütün deputatları və Milli Məclisin Aparat və İşlər İdarəsinin işçiləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manatdan çox pul köçürüblər. Milli Məclisin sədri Sahibə Qafarova bu günlərdə plenar iclasların birində ictimaiyyətə və mətbuata bu barədə açıqlama verib. Həqiqəti əks etdirməyən informasiyanin hansı məqsədlə verilməsi bəlli deyil".

"Lazım gəlsə, Fonda maliyyə yardımı edən deputatların siyahısını ictimaiyyətə və mətbuata açıqlamaga hazırıq",- deyə mətbuat katibi əlavə edib.

 

Qeyd edək ki, "Yeni Sabah" saytı  Koronavirusla Mübarizəyə Dəstək Fonduna Milli Məclis deputatlarının yalnız 16 nəfərinin pul köçürmələri barədə məlumat yayıb

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir