Modern.az

Açıq şəkildə maşında daşınan çörəklər - Koronavirus təhlükəsi

Açıq şəkildə maşında daşınan çörəklər - Koronavirus təhlükəsi

14 Aprel 2020, 11:45

Koronovirus infeksiyasının tüğyan etdiyi bir zamanda vətəndaşları narahat edən əsas məsələlərdən biri də çörək və digər un məmulatlarının daşınması, eləcə də satışı ilə bağlı neqativlərdir.

Sosial şəbəkə istifadəçilərinin ictimailəşdirdiyi fotolarda çörəklərin nəqliyyat vasitələrinin salonlarında, heç bir gigiyenik tələblərə riayət edilmədən daşındığı aydın görünür.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Ramazan Nəbiyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində ərzaq məhsullarının ticarətilə məşğul olan müəssisələrdə, bazarlarda, yarmarkalarda koronavirusun profilaktikasına dair metodiki vəsaitlər hazırlanıb.

  

Çörəyə gəldikdə, AQTA rəsmisi deyib ki, bu, Nazirlər Kabinetinin 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə və digər növ xidmət qaydaları müəyyən olunub:

 

“Qaydalarda göstərilən ərzaq mallarının, çörək, bulka, qənnadı məmulatlarının, meyvə-tərəvəz məhsullarının satış xüsusiyyətlərində göstərilən tələblərə riayət olunmalıdır. Bu dövrdə açıq şəkildə satılan çörək-bulka,qənnadı məmulatları, quru meyvələr, istehlakdan öncə heç bir termiki emala yaxud təmizləmə prosesinə məruz qalmayan, qablaşdırılmamaış qida məhsulları xüsusi vitrin arxasında saxlanılmalı və istehlakçılardan təcrid edilməlidir. Həmin məhsullar xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi heyət tərəfindən istehlakçılara təqdim olunmalıdır. Yəni istehlakçıların bu məhsullara toxunmasının qarşısı alınmalıdır”.

 

 

R.Nəbiyev qeyd edib ki, xüsusi karantin rejimində bu kimi halların qarşısının alınması məqsədilə AQTA ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər aparır:

 

“AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Eyni zamanda, bu tədbirlər çərçivəsində  qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri görülür.

İndiyədək Agentlik əməkdaşları tərəfindən sahibkarlar arasında mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib. Onlara termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. Eləcə də qida məhsullarının daşınması və saxlanılması qaydalarına əməl olunması ilə bağlı ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət müəssisələrinin sahiblərinə məlumat verilib ki, daşınması qaydalara uyğun şəkildə həyata keçirilməyən qida məhsulları, xüsusilə çörək, digər un məmulatları, qənnadı məmulatlarını satış şəbəkələrinə daxil etməsinlər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü