Modern.az

Mədəniyyət Nazirliyinin keçmiş idarə rəisi vəfat edib

Mədəniyyət Nazirliyinin keçmiş idarə rəisi vəfat edib

20 Aprel 2020, 16:37

Mədəniyyət Nazirliyinin keçmiş idarə rəisi Tahir Əliyev 2020-ci il aprelin 20-də, 73 yaşında dünyasını dəyişib. 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tahir Məmməd oğlu Əliyev 2 iyun 1947-ci ildə Ağdaş rayonunda anadan olub. Orta məktəbi Ağdaş şəhərində bitirdikdən sonra 1963-68-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun Xalq çalğı Alətləri şöbəsində tar ixtisası üzrə təhsil alıb. Sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 1972-73-cü illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə tələbəlik dövründə başlayan Tahir Əliyev əvvəlcə N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunda tar müəllimi, 1974-1987-ci illərdə Qəbələ rayon Uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

1987-ci ildə Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunub, 2003-cü ilədək bu vəzifədə çalışıb. 2003-cü ildən Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin vəzifəsində işləyib, 2004-cü ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunaraq yenidən Ağdaş rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
 Tahir Əliyev 2017-ci ildə Mədəniyyət Nazirliyinin regional idarələri yaradıldıqdan sonra Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 9 yanvar 2019-cu il tarixinədək həmin vəzifədə çalışıb.

2009-cu ildə Tahir Əliyev Azərbaycan Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

Allah rəhmət eləsin!

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir