Modern.az

Vaqif Aydınoğlu ATV-dən GETDİ

Vaqif Aydınoğlu ATV-dən GETDİ

Media

25 Aprel 2020, 19:13

Azad Azərbaycan Televiziyasının (ATV) İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış teleaparıcı Vaqif Aydınoğlu televiziyadan ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə V.Aydınoğlu özü bildirib. O qeyd edib ki, 18 il çalışdığı ATV kanalından öz ərizəsi ilə işdən çıxıb:

 

“Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”.

 

Qeyd edək ki, Vaqif Aydınoğlunun "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağı ilə bağlı iddialar yayılsa da, jurnalist bununla bağlı rəsmi qərar olmadığını söyləyib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!