Modern.az

Tanınmış simalardan müəllimlərə dəstək VİDEOÇARXI

Tanınmış simalardan müəllimlərə dəstək VİDEOÇARXI

Təhsil

1 May 2020, 12:19

Koronavirus pandemiyası dövründə həkimlərimiz, polislərimiz kimi müəllimlərimizin də üzərinə böyük yük düşür.

 

Həkimlərimiz sağlamlığımızı, polislərimiz təhlükəsizliyimizi qoyuyaraq fədarlıq etdikləri kimi müəllimlərimiz də gələcəyimizin təminatı olan şagirdlərin dərslərdən geri qalmamaları üçün müəyyən vasitələrlə dərsləri davam etdirərək fədakarlıq edirlər.

 

Modern.az xəbər verir ki, Azərbaycanın tanınmış ziyalıları koronavirus pandemiyası dövründə üzərlərinə böyük yük götürən müəllimlərə dəstək nümayiş etdirib. Xalq artisti Fərhad Bədəlbəyli, xalq yazıçısı Çingiz Abdullayev, rəssam Mir Teymur, professor Şahlar Əsgərov, xalq artisti Mehriban Zəki, xalq şairi Sabir Rüstəmxanlı, professor Rafiq Əliyev, xalq artisti Nurəddin Mehdixanlı və deputat Anar İsgəndərov videoçarxla müəllimlərə minnətdarlıqlarını bildiriblər.

 

#əzizmüəllimlər #bizsizinle güclüyük

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır