Arxiv
1 May 2020, 20:28 | TƏHSİL
Nazirlər Kabinetindən təhsil işçiləri ilə bağlı mühüm QƏRAR

Nazirlər Kabineti təhsil sahəsinə aid bir sıra mühüm qaydaları təsdiq edib.

 

Modern.az xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial şəbəkə hesabında “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edildiyini bildirib.

1. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”:

Bu qayda pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər (bəzi istisnalar var). Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (7 üzv) yaradılır. Sertifikatlaşdırma 2 mərhələdən ibarət olacaq: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30 bal, müsahibə mərhələsindən keçid 20 bal təşkil edəcək. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Sertifikatlaşdırma prosesi 2020/21-ci tədris ilindən başlayacaq. Sertifikatlaşdırma mərhələli qaydada həyata keçiriləcək və təhsilverənlərə əvvəlcədən sertifikatlaşdırma ilə bağlı hazırlıq və təlimatlandırma imkanları yaradılacaqdır. Sertifikatlaşdırma ödənişsiz həyata keçiriləcəkdir.

2. “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”:

Qaydaya əsasən müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Qərarda pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayanlar (məhkumluğu, bəzi xəstəlikləri olan və sair), habelə pedaqoji təhsili olmayan ali təhsil mütəxəssislərinin siyahıda müəyyən edilmiş bəzi fənləri tədris etmək hüququ nəzərdə tutulub (bu halda həmin mütəxəssislər pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı təşkil olunacaq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar). Kənd rayonlarında yerləşən kadr çatışmazılığı oldquda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (misal kimi, kimya-biologiya, fizika-riyaziyyat, tarix-coğrafiya və sair) müvafiq fənn müəllimi tərəfindən tədrisinə icazə veriləcək. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək.

3. “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”:

Bu qaydalar bütün təhsil müəssisələrində (ümumtəhsil, peşə, orta ixtisas və ali) psixoloji xidmətin təşkili ilə bağlı münasibətləri tənzimləyir. Burada xidmətin əsas məqsədləri, fəaliyyət istiqamətləri, vəzifələri və xidmətin təşkili qaydaları müəyyən olunur.

Qeyd edim ki, bu üç qayda 2018-ci ilin iyun ayında “Təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərdən irəli gəlir.

4. “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”:

Bu qayda ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir. Orta ixtisas kredit sistemi əsasında təşkil olunacaq və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq. Orta ixtisas təhsili haqqında sənəd (diplom) sahibinə uyğun ixtisaslar üzrə ali təhsilə daxil olmaq hüququ verəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 15 Avqust 2020, 16:43 ÜST Misiri səhv testlərə görə tənqid etdi 15 Avqust 2020, 16:30 Polis velosipedçiləri cərimələdi 15 Avqust 2020, 16:23 Bərdədə dəhşətli qəza - sürücü ağır xəsarət aldı    15 Avqust 2020, 16:14 Azərbaycanda paralel xəstəliklərin ağırlaşmasından dünyasını dəyişən koronaviruslu XƏSTƏLƏR 15 Avqust 2020, 16:06 Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı 15 Avqust 2020, 15:58 Paşinyan öz dili ilə ifşa olundu! - “Dünyanın gözü qarşısında biabırçı vəziyyətə düşdü” 15 Avqust 2020, 15:50 Qadın fermerlərə dəstək - FOTO 15 Avqust 2020, 15:42 Dini ayinlərin məscidlərdə keçirilməsi ral təhlükədir - QMİ-nin sədr müavini 15 Avqust 2020, 15:33 Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlandı - Foto 15 Avqust 2020, 15:25 Körpünün üstündəki qəza tıxaca səbəb oldu - FOTO 15 Avqust 2020, 15:17 Bakıda özünü dənizə atan şəxs xilas edildi 15 Avqust 2020, 15:08 Baş Nazirdən icra başçılarına TAPŞIRIQ 15 Avqust 2020, 15:00 Putin və Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər 15 Avqust 2020, 14:54 Gəncədə dezinfeksiya işləri davam etdirilir - FOTO 15 Avqust 2020, 14:48 İranda daha 161 nəfər koronavirusdan öldü 15 Avqust 2020, 14:40 “Paşinyan livan ermənilərindən canlı şit kimi istifadə edir” - Azay Quliyev 15 Avqust 2020, 14:33 Anasını öldürmək istəyən gəncin məhkəməsi başlayır 15 Avqust 2020, 14:26 Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı 15 Avqust 2020, 14:19 Paşinyanın, onun simasında Ermənistanın növbəti mənəvi İFLASI   15 Avqust 2020, 14:11 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının yeni əlaqələndiricisi seçilib 15 Avqust 2020, 14:04 Ermənilərin Kəlbəcərdə saldığı yeni yaşayış evlərinin peyk görüntüləri yayıldı - FOTO 15 Avqust 2020, 13:56 Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı 15 Avqust 2020, 13:51 Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA 15 Avqust 2020, 13:48 İşə başlayan kafe-restoranlarda bu qaydalara əməl edilməlidir - FOTOLAR 15 Avqust 2020, 13:44 Sumqayıtda bir nəfəri döyüb videoya çəkənlər tutuldu - FOTO/VİDEO 15 Avqust 2020, 13:41 Nigeriyada Azərbaycanın Dostları Təşkilatı konsert keçirdi - Video 15 Avqust 2020, 13:36 Paytaxtda evdən 40 min dollarlıq oğurluq olub 15 Avqust 2020, 13:33 Bazar gününün havası   15 Avqust 2020, 13:27 Qatqı maddələri, yoxsa qida əlavələri? 15 Avqust 2020, 13:20 Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi PA-na dəvət etdi - VİDEO 15 Avqust 2020, 13:14 Polisdən qadına zorakılıq edilməsi ilə bağlı xəbərə CAVAB 15 Avqust 2020, 13:06 Çin və İtaliyadan Azərbaycana gələn həkimlərə pul verilirmi? 15 Avqust 2020, 13:00 Xaricdən şəxsi avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə müraciət etsinlər - Hikmət Hacıyev 15 Avqust 2020, 12:53 Aşurada qan vermək istəyənlərin nəzərinə! 15 Avqust 2020, 12:47