Modern.az

Xəzər Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib - FOTO  

Xəzər Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib - FOTO  

7 May 2020, 16:35

Mayın 7-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun  sədrliyi ilə növbəti müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, müşavirədə RİH başçısının müavinləri, şöbə müdirləri iştirak ediblər. 

 

Onlayn keçirilən müşavirəyə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və digər xidmət sahələrinin rəhbərləri də qoşulublar.

 

Müşavirədə qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri və xidmət sahələrinin rəhbərləri canlı bağlantı vasitəsilə fəaliyyətlərinə dair xidməti arayışlar veridikdən sonra Xəzər rayonunda pandemiyanın yayılmasına qarşı mübarizə çərçivəsində görüləcək işlər və qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə edilib.

 

E.Salahov mövcud şəraitdə yerli sakinlərə göstərilən yardım, aparılan dezinfeksiya işləri və əhalini narahat edən digər məqamlara toxunaraq, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması qərarından irəli gələn qaydalara riayət edilməsinə nəzarətin daha da gücləndirilməsi, sakinlər arasında təbliğat işinin mütəmadi aparılmasının vacibliyindən söz açıb.

 

RİH başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin  karantin dövründə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsinə yönəlmiş  sərəncam və tapşırıqları, 600 min nəfərə 190 manat bir dəfəlik yardım verilməsini, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə ərzaq yardımlarının edilməsinin əhali tərəfindən yüksək qarşılandığını bildirib.

 

Sonda rayon rəhbəri tərəfindən karantin rejiminin yumşaldılması arxayançılıq yaratmamalı, izolyasiya tədbirləri davam etdirilməli və gigiyena qaydalarına əməl olunmaları müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır