Arxiv
9 May 2020, 09:18 | MƏDƏNİYYƏT
“Əzab çəkirdik, amma dözürdük” - Xalq artisti Səidə Quliyeva ilə MÜSAHİBƏ

Məncə, qapalı qadındı. Bunu Xalq artisti  Səidə Quliyevanın özünə deyəndə çaşır:


- Qapalı?


Sonra bircə anlıq nəsə fikirləşir. Elə bil sözümü öz “tərəzisinin” gözünə qoyub çəkmək istəyir. Çəkir də.


- Düzdü, hislərimi açmağı sevmirəm. Onlar ancaq özümündü...


Yaxşı ki, hardansa bu söhbət düşdü ortaya, dil tapmağımız çətin olardı, yoxsa.  Həə, ona oxumaqçün gətirdiyim qəzetdə  bir-birinə sarmaşan barmaqların şəklini görmüşdü, deyəsən:


- Barmaqlar ayrı şeydi. Sevdiyin adamın əlləri əllərinə toxunanda...Məncə, bundan güclü hiss ola bilməz. İnsanın bütün hərarəti barmaqlarının ucuna toplanır. Sevgi ordan başlayır. İndi elə bil belə şeylər itib gedir.


...Bir dəfə küsmüşdük. Təsadüfən bir verilişdə işləməli olduq. Mənə yaxınaşdı, əlini yavaşca əlimə toxundurdu, barışdıq... Sevmişəm onu, indi də sevirəm, sevəcəm də... (Köksünü ötürür...)


...Sonradan o hislər ailədə adiləşir, çox adiləşir, çox. Bəlkə də, məişət, pul-para məsələsi o hisləri  bir az arxaya atır. Düz on il onunla görüşmüşəm.


- Niyə belə gec evləndiz?


- Bir az sənətim mane olurdu. Aktrisalığımla heç cür barışmaq istəmirdi. Amma özü də sənətkar ailəsindəndi. Tofiq Quliyevin qardaşı oğludu. Telestudiyada səs rejissoru işləyir.


- Necə tanış olmusuz?


- Bəlkə, danışmayaq? Yoldaşım xoşlamır belə şeyləri. Kişiləri başa düşmək lazımdı.


Usdufca  sənət söhbətinə keçir.  Bax indi rahatdı, qayğısızdı...

Mən isə kor tutduğunu buraxmayan kimi sözü fırladıb yenə sevgi söhbətinə qayıdıram. İstədiklərimi kəlmə-kəlmə alıram ondan...


- Yoldaşımın dediyinə görə  elə ilk baxışdan xoşuna gəlmişəm.


- Harda görüb sizi?


- Teatrda, tamaşadan sonra.


- Yəqin güllə, çiçəklə...


- Yox, yox, çox adi.  Düzü, o qədər də yadımda qalmayıb. O vaxt fərqinə varmadım. Çox zəng elədi,  7-8 aydan sonra razılıq verdim.

Bizim çox qəribə küsüb-barışmağımız vardı. Adi şeylərin üstündə küsürdük. Bir həftə, on gün zəngləşmirdik.


- Darıxmırdız?


- Əzab çəkirdik, amma dözürdük. Sonra zəngləşəndə bunları üzə vurmurduq, elə bil heç nə olmayıb. 


- Birinci kim zəng vururdu?


- O da, mən də. Əgər günah məndəydisə, mən vururdum, ondaydısa, o.


- Geyim-keciminizə qarışandı?


- Elə də yox. Bircə deyir, başına ləçək bağla, sənə çox yaraşır. Çalışıram, nədən açığı gəlir, onu eləməyim. Bir dəfə eləmişəm, dadını görmüşəm.


- Deməli, güzəştə gedənsiz?


- Ailə xatirinə. Elə hər ikimiz məsləhətə qulaq asanıq.  Birdən də öz dediyimin üstündə dururam. Amma evdə birinci onun sözüdü.


- Deyirlər, kişinin ürəyinə yol mədəsindən keçir, düzdü? 


- Həə, acanda əsəbi olur. Çalışıram, hər şeyi vaxtında hazır eləyim. Yuxudan ondan əvvəl dururam, yemək-içmək hazırlayıram. O qədər də çətin  adam deyil. Bir xasiyyəti də var: çox vaxt görür ki, işdən yorğun gəlmişəm, deyir, otur, mən sənə qulluq eləyəcəm. Bazarlığı da özü eləyir. Hərdən işdən qayıdanda, yolum düşəndə mən də yüngülvari şeylər alıram. Çox da səliqəlidi.

Deyə bilmərəm ki,  mənim ailəm idealdı. Hərdən söz-söhbət də düşür. Aradan bir az keçəndən sonra unudulur. Yaxşıdı ki, nə mən kinliyəm, nə də yoldaşım. Əhval-ruhiyyədən çox şey asılıdı. İşdən əsəbi qayıdırsan, qayınananın dediyi söz sənə xoş gəlmir, səninki ona.


- Qayınananızla birlikdə yaşayırsız?


- Həə.


- Qayınanayla yola getmək hər gəlinin işi deyil.


- Bəs necə? Gərək, hər kəsin yerini biləsən. Məsələn, qayınanam televizora  baxırsa, mən başqa kanala çevirə bilmərəm. Əslində, bunu məndən heç kəs tələb eləmir. Özüm böyük sayan adamam. İndiyə kimi onun üzünə durmamışam.  Çalışmışam ki, aramızdakı incikliyi yoldaşımdan gizləyim. Başa düşəndə də həmişə  anasına tərəfdar durub. Mən bundan incimirəm.  Kişi anasını gəlinin ayağına verməməlidi. Oğlum olandan sonra bilmişəm ki, ana kimmiş. O yuxusuz gecələr  var haa..! Onu heç nəylə əvəz eləmək olmaz!


Bir az düşünür:


- Yoldaşımla bir-birimizə illərimizi qurban vermişik, həm də qazanmışıq. Ən azı bir aktrisa bədbəxtlikdən qurtarıb. Bizdə sənətçi qadınların çoxu ailə sarıdan yarımayıb. Arxalarınca min cür söz-söhbət danışırlar. Heç bir qadın istəməz ki, əyri yola düşsün. Onu vadar eləyən səbəblər var. Qadın həmişə sevgiyə, ilıq nəfəsə möhtacdı. Elə başa düşməyin ki, əxlaqsızlığa bəraət qazandırıram. Qadınların mənəvi ehtiyacını anlamaq lazımdı. Hələ maddi ehtiyacları demirəm...

 

 1999  

Səfurə Çərkəzqızı,
“Sevdalılar”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30