Arxiv
12 May 2020, 19:09 | İQTİSADİYYAT
Prezident Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitlərdən DANIŞDI

Qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışından sonra müəssisələrin bir qrup işçisi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.

 

Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik.

 

Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatın oğlu təyyarə qəzasında öldü 26 Sentyabr 2020, 23:14 Türkiyədə son sutkada 71 nəfər koronavirusdan öldü 26 Sentyabr 2020, 22:57 Yüzlərlə insan karantin rejiminin tətbiqinə etiraza başlayıb 26 Sentyabr 2020, 22:44 Dağıstanda azərbaycanlı atasını boğdu 26 Sentyabr 2020, 22:27 "Zirə"dən əzmkar qələbə 26 Sentyabr 2020, 22:13 İstanbulda meşə yanğını 26 Sentyabr 2020, 21:58 Müğənni yeni adaya sahibləndi 26 Sentyabr 2020, 21:39 İranda kütləvi dini tədbirlər qadağan edildi 26 Sentyabr 2020, 21:24 Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır 26 Sentyabr 2020, 21:11 Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00 “Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi 26 Sentyabr 2020, 18:40 Gürcüstan Müsəlmanları İdarəsinin müftisi İSTEFA VERDİ 26 Sentyabr 2020, 18:25 Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı 26 Sentyabr 2020, 18:12 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu 26 Sentyabr 2020, 18:00 Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO 26 Sentyabr 2020, 17:54 İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü 26 Sentyabr 2020, 17:48 “Təmiz sahil, təmiz Xəzər” devizi ilə təmizlik aksiyası keçirildi - FOTOLAR 26 Sentyabr 2020, 17:40 Bakıda 553 küçə dezinfeksiya olundu - FOTO 26 Sentyabr 2020, 17:33 İctimai nəqliyyatda kart sistemi bütün ölkə üzrə tətbiq olunacaq - Nazirlik 26 Sentyabr 2020, 17:25 COVID-19 qurbanlarının sayı 1 milyona çatır 26 Sentyabr 2020, 17:17 Ərdoğandan “Mavi Vətən” mesajı 26 Sentyabr 2020, 17:08 “Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi 26 Sentyabr 2020, 17:00 Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçdi 26 Sentyabr 2020, 16:54 Goranboyda ağır qəza - ölən var 26 Sentyabr 2020, 16:46 Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı 26 Sentyabr 2020, 16:38 Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO 26 Sentyabr 2020, 16:30 Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU 26 Sentyabr 2020, 16:22 Bakıda qəza sıxlığa səbəb oldu - FOTO 26 Sentyabr 2020, 16:15 Sərhəddən tapança keçirmək istədilər - FOTO 26 Sentyabr 2020, 16:08 Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO 26 Sentyabr 2020, 16:00