Arxiv
13 May 2020, 18:47 | İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyində yeni TƏYİNATLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə Əliyev Elnur Aydın oğlu iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı vardır.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə  

Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

 

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

 

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

 

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı vardır.

  

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə  

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

 

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı vardır.

  

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

  

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

  

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

  

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

 

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik istifadəyə yararlı çimərliklərin adlarını açıqladı 4 Avqust 2020, 16:12 Polis 10 kiloqramdan çox narkotik götürdü 4 Avqust 2020, 16:02 Fəttah Heydərovla bağlı NEKROLOQ imzalandı 4 Avqust 2020, 16:00 Maliyyə naziri: İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır 4 Avqust 2020, 15:58 Bu şəxslərin rayonlara gediş-gəlişinə İCAZƏ VERİLDİ 4 Avqust 2020, 15:42 Prezident və birinci xanım Bakıda salınan yeni parkda - FOTOLAR - YENİLƏNİB 4 Avqust 2020, 15:40 Qazaxın su və kanalizasiya sistemi yenidən qurulur 4 Avqust 2020, 15:31 Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 BMU ilə İnha Universiteti arasında ikili diplom proqramına müraciət imkanı sadələşdirilib 4 Avqust 2020, 14:53 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21