Arxiv
14 May 2020, 12:15 | DİASPOR
Avstraliyada yaşayan iş adamı: “Qazandıqlarımı Azərbaycanın yolunda sərf etməyə hazıram”

“Burada qazandıqlarımı Azərbaycan diasporunun güclənməsi, Azərbaycan maraqlarının təmin olunması yolunda sərf etməyə hazıram”.

 

Modern.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Avstraliya İttifaqı və Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə keçirilən videokonfrans zamanı Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri, iş adamı İmaməddin Qasımov deyib.

 

Virtual tədbirdə Avstraliyanın Sidney və Melburn şəhərlərindən Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov, Qrinviç (Greenwitch) Menecment Kollecinin birinci kurs tələbəsi Ülvi Musayev, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri Nicat Hacıyev və Rauf Şükürov, iş adamı Xuraman Armstronq, Yeni Zelandiyadan Daşınmaz Əmlak Şirkətlər Qrupunun sahibi Tofiq Məmmədov, "Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov və Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

 

Müzakirələr zamanı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətin soydaşlarımızın yaşayış tərzinə və fəaliyyətinə təsirlərdən, diaspor təşkilatları arasındakı münasibətlərdən, soydaşlarımızın fəallığından, postpandemiya dönəminə hazırlıqdan danışılıb.

 

Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin gücləndirilməsi və intensivləşdirilməsi soydaşlarımızın daha mütəşəkkil və sistemli şəkildə fəaliyyət göstərməsi baxımından olduqca vacibdir. 

 

"Azəri" Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, iş adamı Qalib Mahmudov Qarabağ xalçalarının satış-sərgisinin keçirilməsi və bu yolla Azərbaycan həqiqətləri barədə yerli sakinlərə ətraflı məlumat verilməsinin vacibliyindən danışıb.

 

Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta soydaşlarımızın Avstraliyanın ictimai-siyasi həyatına inteqrasiyasından danışarkən, həmvətənlərimizin parlament seçkilərində iştirakının vacibliyi məsələsinə toxunub. O, qeyd edib ki, hazırda erməni əsillilər Avstraliya hökumətində yüksək vəzifələr tutur və parlamentdə təmsil olunurlar. Azərbaycanın maraqları baxımından soydaşlarımızın dövlət strukturlarında təmsilçiliyi, mövcud durumu diasporumuzun lehinə dəyişdirməsi vacibdir. 

 

Sonda Dövlət Komitəsinin yaranmış durumda müxtəlif diaspor təşkilatları ilə videokonfranslar təşkil etməsi təqdir edilib və bu cür görüşlərin davamlı keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53