Modern.az

197 Azərbaycan vətəndaşı Ukraynadan vətənə gətirildi - FOTO

197 Azərbaycan vətəndaşı Ukraynadan vətənə gətirildi - FOTO

Diaspor

14 May 2020, 21:41

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-dən Modern.az-a verilən məlumata görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü