Arxiv
16 May 2020, 17:57 | ÖLKƏ
Baş Nazir xüsusi karantin rejimi ilə bağlı yeni qərar İMZALADI

Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov mayın 16-da qərar imzalayıb.

 

Qərarla müəyyən edilib ki, 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

 

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;

- xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

- bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarında (qurumlarında) xüsusi iş rejimində işə cəlb edilən işçilərin say həddinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən məhdudlaşdırılması;

- "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması;

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

- qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

- nəzdindəki ərzaq mağazaları, apteklər və müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılıması;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

 

Bu Qərar 2020-ci il 18 may tarixindən qüvvəyə minir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistanda koronavirusa yoluxan və ölənlər artdı 26 May 2020, 10:58 Azərbaycanda FAKTİKİ HAVA 26 May 2020, 10:47 Polis Astarada narkotacirləri saxladı 26 May 2020, 10:44 Yeyib-içdikdən sonra tanışını öldürdü - Gəncədə 26 May 2020, 10:39 Sumqayıtda dəhşətli qəza - 4 ölü, 1 yaralı - YENİLƏNİB 26 May 2020, 10:22 “Xaricdən bizə keyfiyyətli toxum satmırlar” - Aqrar siyasət komitəsinin sədri 26 May 2020, 10:17 Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı 26 May 2020, 09:56 Helikopter qəzaya uğradı - 4 hərbçi həlak oldu 26 May 2020, 09:48 Bu dərmandan istifadə dayandırıldı - Ölüm riskini artırır 26 May 2020, 09:30 Düşmən snayperləri işə düşdü 26 May 2020, 09:23 Dünyanın ən son koronavirus STATİSTİKASI 26 May 2020, 09:12 General niyə özünü GÜLLƏLƏMƏDİ… 26 May 2020, 09:08 Britaniyada bəzi şagirdlər təhsilə qayıdacaqlar 26 May 2020, 09:00 "Spartak" azərbaycanlı futbolçunu qovdu - SƏBƏB 26 May 2020, 00:52 Yapon kosmik yük gəmisindən uğurlu əməliyyat 26 May 2020, 00:36 Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi - SİYAHI 26 May 2020, 00:20 Bakıda motosiklet avtomobilə çırpıldı: 1 ölü 26 May 2020, 00:03 Bakıda mağazalara girib bütün borcları ödədilər - VİDEO 25 May 2020, 23:46 Prezident Pir Ömər Sultan ziyarətgahında - YENİLƏNİB, FOTO 25 May 2020, 23:30 Bu ölkədə son sutkada daha 90 nəfər koronavirusdan ölüb 25 May 2020, 23:28 Əli Kərimlinin köməkçisi həbs olundu 25 May 2020, 23:13 Gəncədə avtomobil quyuya düşdü 25 May 2020, 22:59 Goranboyda polis əməkdaşı intihar etdi 25 May 2020, 22:43 Balakənə dolu düşdü 25 May 2020, 22:30 Britaniyada koronavirusdan bir sutkada 121 nəfər öldü 25 May 2020, 22:19 Bakıda ağır qəza 25 May 2020, 22:08 Repçi anası ilə birgə yanaraq öldü 25 May 2020, 21:53 Prezident Şamaxıda tikilən yeni bina ilə tanış oldu - YENİLƏNİB 25 May 2020, 21:42 Türkiyədə koronavirusdan ölənlərin sayı 4 369 nəfərə çatdı 25 May 2020, 21:32 İlham Əliyev və Mehriban Əliyeva körpələr evinin açılışında - YENİLƏNİB 25 May 2020, 21:14 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 25 May 2020, 21:08 Qazaxda ikimərtəbəli ev yandı 25 May 2020, 21:01 “Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir” - İlham Əliyev 25 May 2020, 20:47 Prezident və birinci xanım Şamaxıda Pirsaat Baba ZİYARƏTGAHINDA - YENİLƏNİB 25 May 2020, 20:33 Daha bir ölkədə teatrlar açılır 25 May 2020, 20:16